Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Limanının Azərbaycanın investisiya cəlbediciliyində rolu - ŞƏRH

Bakı Limanının Azərbaycanın investisiya cəlbediciliyində rolu -  ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın investisiya cəlbediciliyindən danışarkən ölkənin coğrafi mövqeyi ən çox vurğulanan üstünlüklərdən biridir. Lakin müasir qlobal iqtisadiyyatda coğrafi mövqenin özü təklikdə investisiya üstünlüyü yaratmaya bilər. Bu üstünlüyün real iqtisadi dəyərə çevrilməsi üçün onu müasir nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış, dayanıqlı təchizat zəncirləri, logistika imkanları və investor üçün əlverişli biznes mühiti ilə tamamlayan sistem formalaşmalıdır.

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyi də məhz bu yanaşmanın aktuallığını göstərir. Forumun əsas müzakirə istiqamətləri arasında Cənubi Qafqazın qlobal bağlantıdakı rolu, Orta Dəhlizin ticarət, sənaye və bağlantı potensialı, sənaye platformaları və azad iqtisadi zonalar, regional təchizat zəncirləri və investisiya imkanları xüsusi yer tutur. Forum proqramında Orta Dəhlizin yalnız tranzit marşrutu kimi deyil, istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilən regional iqtisadi platforma kimi inkişaf etdirilməsi ayrıca vurğulanır. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri İsa Qasımovun mövzu ilə bağlı şərhində yer alıb.

O bildirib ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı Azərbaycanın əsas dəmir yolu və avtomobil magistrallarının Xəzər dənizi ilə əlaqələndirildiyi strateji məkanda formalaşıb. Bu mövqeyi limanı Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Cənubi Qafqaz-Türkiyə-Avropa istiqamətində inkişaf edən Orta Dəhlizin əsas infrastruktur komponentlərindən birinə çevirir: “Azərbaycanın nəqliyyat strategiyasında Bakı Limanının əhəmiyyəti yalnız dəniz daşımaları ilə məhdudlaşmır. Liman dəmir yolu, avtomobil və dəniz nəqliyyatını birləşdirən multimodal logistika qovşağı kimi ölkənin regional və qlobal təchizat zəncirlərinə inteqrasiyasında mühüm rol oynayır. Rəsmi məlumatlara görə, limanın mövcud yükaşırma imkanları 15 milyon ton yük və 100 min TEU konteyner səviyyəsində formalaşıb, növbəti inkişaf mərhələsində isə bu göstəricilərin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi fiziki bağlantı imkanlarına, bu bağlantılar isə iqtisadi fəaliyyət üçün potensiala çevrilir.

2026-cı ilin yanvar–avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük və 85 min TEU-dan çox konteyner aşırılıb. Konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb, quru yük aşırılması isə 1,6 milyon tona çataraq 80 faiz yüksəlib. Bu göstəricilər limanın yükdaşıma fəaliyyətində artımla yanaşı, Azərbaycanın regional təchizat zəncirlərində iştirakının genişlənməsi üçün yaranan potensialı da göstərir”.

İsa Qasımov vurğulayıb ki, burada əsas məsələ Bakı Limanına nə qədər investisiya qoyulması deyil. Daha fundamental sual limanın özü vasitəsilə Azərbaycana hansı yeni investisiyaların gəlməsinin mümkün olmasıdır. İnvestor üçün logistika infrastrukturu sadəcə yükün bir nöqtədən digərinə daşınması demək deyil. Səmərəli və təhlükəsiz logistika istehsal üçün xammalın daha etibarlı təmin edilməsinə, məhsulların regional və qlobal bazarlara çıxarılmasına, təchizat zəncirlərinin şaxələndirilməsinə və logistika xərclərinin optimallaşdırılmasına imkan yaradır: “Bu baxımdan Bakı Limanının investisiya cəlbediciliyinə təsiri iki istiqamətdə formalaşır: birincisi, liman Azərbaycanda fəaliyyət göstərəcək şirkətin xarici bazarlara çıxış imkanlarını genişləndirir; ikincisi, onun yaratdığı bağlantılar logistika, anbar, distribusiya, emal, qablaşdırma, yüngül sənaye və digər əlavə dəyər yaradan fəaliyyətlərin ölkədə yerləşdirilməsi üçün imkanlar formalaşdırır. Beləliklə, limanın investisiya baxımından funksiyası yalnız yük qəbul etməkdən deyil, liman ətrafında yeni iqtisadi fəaliyyət üçün şərait yaratmaqdan ibarətdir. Bu baxımdan Bakı Limanının yaxınlığında Ələt Azad İqtisadi Zonasının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Ələt AİZ-nin əsas məqsədləri arasında xarici investisiyaların cəlb edilməsi, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsalın inkişaf etdirilməsi və Azərbaycanın regional logistika və ticarət mərkəzi kimi mövqeyinin gücləndirilməsi dayanır. ABŞ Ticarət Departamentinin Azərbaycan üzrə son bazar icmalında da Ələt AİZ Bakı Limanına bitişik istehsal və logistika mərkəzi kimi təqdim olunur. Bu modelin əhəmiyyəti ondan ibarətdir ki, investor üçün iki ayrı üstünlük bir məkanda birləşir: Bakı Limanı – beynəlxalq bazarlara fiziki və multimodal çıxış; Ələt AİZ – istehsal, investisiya və biznes fəaliyyəti üçün xüsusi iqtisadi və hüquqi mühit. Bu inteqrasiya Azərbaycanın tranzit funksiyasını istehsal və ixrac imkanları ilə tamamlamasına şərait yaradır.

Məhz buna görə 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “Industrial Platforms and Free Economic Zones: Azerbaijan as a Regional Manufacturing Hub” sessiyasında sənaye platformalarının logistika infrastrukturu, əlavə dəyər yaradan istehsal və regional təchizat zəncirləri ilə əlaqələndirilməsi ayrıca müzakirə mövzusu kimi müəyyənləşdirilib”.

O qeyd edib ki, Bakı Limanının investisiya cəlbediciliyində rolunu daha geniş kontekstdə Orta Dəhlizdən ayrı nəzərdən keçirmək mümkün deyil. “AIIF 2026” proqramında Orta Dəhliz üzrə ayrıca sessiyanın mövzuları arasında Trans-Xəzər bağlantısı, multimodal nəqliyyat infrastrukturu, dəmir yolu, liman və logistika imkanlarının inkişafı, Mərkəzi Asiya–Azərbaycan–Çin arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, eləcə də tranzitdən istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərə keçid xüsusi qeyd olunur: “Bu kontekstdə Bakı Limanının əhəmiyyəti yük axınlarının sadəcə Azərbaycan ərazisindən keçməsi ilə məhdudlaşmır. Əsas imkan həmin axınların ölkə daxilində investisiya, istehsal, emal, logistika və ixrac fəaliyyəti üçün istifadə edilməsidir. Bakı Limanı Orta Dəhlizin Azərbaycan ərazisindəki fiziki qovşağı olmaqla yanaşı, onun iqtisadi dəyər zəncirinin formalaşmasına xidmət edən əsas platformalardan birinə çevrilə bilər.

Bununla yanaşı, investisiya cəlbediciliyi yalnız yeni infrastrukturun yaradılması ilə təmin olunmur. İnvestor üçün logistika sisteminin sürəti, proqnozlaşdırıla bilməsi və inteqrasiya səviyyəsi də ən az fiziki infrastruktur qədər vacibdir. Bu baxımdan liman, dəmir yolu, avtomobil yolları, gömrük, sərhəd prosedurları və logistika xidmətlərinin vahid sistem kimi işləməsi mühüm əhəmiyyət daşıyır”.

İsa Qasımov əlavə edib ki, 2025-ci ildə Bakı Limanının Azərbaycan Dəmir Yollarının strukturuna inteqrasiyasından sonra liman və dəmir yolu əməliyyatlarının vahid idarəetmə modelində əlaqələndirilməsi, eləcə də limanda Vahid Tranzit Mərkəzinin yaradılması bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Bu mərkəzdə gömrük, sərhəd, miqrasiya və digər əlaqəli xidmətlərin bir araya gətirilməsi logistika proseslərində vaxt itkisinin azaldılmasına yönəlib. Bu təcrübə göstərir ki, Azərbaycanın növbəti mərhələdə rəqabət üstünlüyü yalnız infrastrukturun həcmi ilə deyil, onun və əlaqəli xidmətlərin nə dərəcədə səmərəli və əlaqələndirilmiş işləməsi ilə müəyyənləşə bilər: “Beləliklə, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyi Azərbaycanın investisiya cəlbediciliyinə yanaşmada mühüm bir istiqaməti önə çıxarır: ölkənin strateji coğrafi mövqeyi artıq yalnız tranzit üstünlüyü kimi deyil, regional bağlantı, istehsal, investisiya və iqtisadi dəyər yaratmaq imkanları ilə birlikdə nəzərdən keçirilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO