Media: Təl-Əvivdə yüzlərlə insan müharibə əleyhinə küçələrə çıxıblar
Bakı, 16 may, AZƏRTAC
Yüzlərlə israilli Təl-Əvivin mərkəzində hökumət əleyhinə mitinqdə iştirak ediblər.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, etiraz Teatr Meydanında baş tutub. Solçu tərəfdarlar Baş nazir Benyamin Netanyahunun sağçı hökumətinin siyasətinə etiraz etmək üçün orada toplaşıblar. Etirazçılar erkən seçkilərin keçirilməsini və demokratik dəyərlərin qorunmasını tələb ediblər.
Bildirilib ki, mart ayının sonlarında İsrailin bir neçə böyük şəhərində insanlar İrana qarşı hərbi əməliyyatlara etiraz olaraq küçələrə çıxıblar.“The Times of Israel” qəzeti yazır ki, müharibə əleyhinə mitinqlər Təl-Əviv, Hayfa, Qüds və Beer-Şevada keçirilib. Polis nümayişlərdə 18 nəfəri saxlayıb: 15 nəfər Təl-Əvivdə, beş nəfər isə Hayfada.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]