SİYASƏT
“AZƏRBAYCAN... ƏBƏDİYYƏT YOLU” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuş 30 dəqiqəlik filmin CD nüsxələrinin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 33-cü sessiyasının iştirakçılarına, eləcə də paytaxtımızda fəaliyyət göstərən diplomatik korpusa paylanacağını diqqətə çatdırmışdır. Azərbaycan, ingilis, fransız, alman, ispan və ərəb dillərində olan filmin hələlik 1000 nüsxə tirajlandığı, əlavə yenə də hazırlanacağı və xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə yayılacağı vurğulanmışdır.
Filmə baxışdan sonra ssenari müəlliflərindən biri olan Tofiq Məmmədov, rejissor İqbal Məmmədəliyev, prodüsser Kamil Məmmədov çəkiliş prosesi barədə danışmış, jurnalistlərin suallarına cavab vermişlər.