MƏDƏNİYYƏT


AZƏRBAYCAN BƏSTƏKARLARININ AVANQARD MUSİQİSİ SƏSLƏNDİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, dekabrın 4-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Alüminium” III Beynəlxalq müasir incəsənət biennalisi - festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının avanqard musiqisi səsləndirilmişdir.

Fortepianoda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, əməkdar artist Rəna Rzayevanın ifası rəğbətlə qarşılanmışdır.

Reallıqla yuxu arasındakı sərhədin keçilməzliyi anlayışı bir daha əsrarəngiz musiqinin dili ilə şüurlarda əks olunmuşdur.

Konsertdə Qara Qarayevin, Aqşin Əlizadənin, Firəngiz Əlizadənin və Rəhilə Aslanovanın əsərləri dinlənilmişdir.

Azərbaycan bəstəkarlarının avanqard musiqisi xaricdən gəlmiş festival iştirakçılarının marağına səbəb olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.