Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.
Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]