İDMAN
Azərbaycan taekvondoçusu Fəridə Əzizova gümüş medalla kifayətlənməli olub VİDEO
Bakı, 18 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunlarında gümüş medallarının sayını 5-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə qadınlar arasında 67 kiloqram çəki dərəcəsinin final görüşündə Azərbaycan idmançısı, dünya çempionatının mükafatçısı Fəridə Əzizova rusiyalı Anastasiya Baruşnikova ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 5:6 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, həmyerlimiz gümüş medalla kifayətlənməli olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]