Birləşmiş Ərəb Əmirlikləri İsrailə qarşı iqtisadi boykotu ləğv edib
Qahirə, 29 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailə qarşı iqtisadi boykotu ləğv edən ilk ərəb ölkəsi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi WAM agentliyi məlumat yayıb.
Avqustun 29-da BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan İsrailə iqtisadi boykot tətbiq edilməsi barədə 1972-ci ildə qəbul edilmiş federal qanunun qüvvədən düşməsi barədə sərəncam imzalayıb. Qeyd olunub ki, Əmirliklərin bu addımı İsraillə diplomatik münasibətlərin qurulması və ticarət əlaqələrinin yaradılması çərçivəsində atılıb. İki ölkə arasında sərmayələr və texnoloji innovasiyalar sahələrində də əməkdaşlıq nəzərdə tutulur.
BƏƏ Prezidentinin bu qərarından sonra hər iki ölkənin şirkətləri əməkdaşlığa dair sazişlər imzalaya biləcəklər. İsrail mallarının Əmirliklərə idxalına qoyulmuş qadağalar da aradan qaldırılır. Bundan başqa, Əbu-Dabi və Tel-Əviv arasında birbaşa aviareyslər də bərpa edilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [12:58]
İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib
- 18.05.2026 [12:42]
Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib
- 18.05.2026 [10:41]
Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”
- 18.05.2026 [10:27]
BMT: Nüvə terroru təhlükəsi heç vaxt bugünkü qədər yüksək olmayıb
- 18.05.2026 [08:37]
Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
- 18.05.2026 [07:58]
Çinin cənubunda zəlzələ baş verib, minlərlə insan təxliyə edilib
- 18.05.2026 [05:25]
FT: Qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur
- 18.05.2026 [03:11]