“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb
Tbilisi, 8 iyun, AZƏRTAC
Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin 56,7 faizini qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hakim partiyanın onlayn resursu olan “Civic News” məlumat yayıb. Bildirilir ki, bu məlumat hakim partiyanın sifarişi ilə keçirilən “exit-poll”un nəticələrinə əsaslanır.
Dərc olunmuş məlumatlara görə, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası səslərin 17,5 faizini toplayıb. Digər siyasi qüvvələrin nəticələri məlum deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]