İQTİSADİYYAT


Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

Tbilisi, 17 iyun, AZƏRTAC

“TANAP” layihəsi strateji əhəmiyyətli, gələcək inkişafa, sülhə və təhlükəsizliyə xidmət edir. Bu layihə, iqtisadi inkişafla yanaşı, Cənubi Qafqaza sülh və sabitlik gətirəcək".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Abxaziya parlamenti sədrinin müavini Cemal Qamaxariya söyləyib.

Vitse-spiker deyib: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, TANAP və digər irimiqyaslı enerji, Bakı-Tbilsi-Qars kimi nəqliyyat layihələri təkcə bizim regionun deyil, Avropa və Asiyanın da inkişafında, enerji təhlükəsizliyində mühüm rol oynayır”.

Siyasətçinin sözlərinə görə, Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə özünü bu layihələrdən təcrid edib. Bu da onun inkişafdan geri qalmasına səbəb olub: “Gec-tez onlar da məcbur qalıb bu layihələrə qoşulmaq istəyəcəklər. Bunun üçün isə ilk növbədə Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir".

Qamaxariya deyib ki, işğalçıliq siyasəti heç vaxt heç kimə xoşbəxtlik gətirməyib. İrimiqyaslı regional layihələr isə tərəqqi, inkişaf, sabitlik və inteqrasiya deməkdir. “Ona görə də hesab edirəm ki, TANAP və bu qəbildən olan layihələr regiona sülh və sabitlik gətirəcək”, - deyə C.Qamaxariya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.