Dejavu ən çox ruh halı dəyişənlərdə baş verir
Bakı,14 yanvar, AZƏRTAC
Bəzən adama elə gəlir ki, həyatda üzləşdiyin hadisələri əvvəllər nə vaxtsa yaşamısan. Həmin halla qarşılaşanlar bunu fövqəl bir hiss kimi qəbul etsələr də, əslində bu hal tibbə məlumdur və elmi dildə beynin bu cür reaksiyasına dejavu deyilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Dejavu” sözünün mənası daha əvvəl görülmüş deməkdir. İnsanın bir hadisəni daha əvvəllər yaşaması və ya ilk dəfə gedilən bir yerdə nə vaxtsa olduğu təsəvvürünü yaradan psixoloji haldır. Dünyada insanların 70 faizindən çoxu dejavu ilə üzləşdiklərini bildirirlər. Ona daha çox 15-25 yaşarası dövrdə təsadüf edilir və ruh halı dəyişən insanlarda daha çox rast gəlinir.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin onun tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun əlamətləridir”.
Psixoloqun dediyinə görə, əgər uşaqlar tez-tez eyni halla qarşılaşdıqlarını bildirirlərsə, valideyn laqeyd qalmamalı və mütəxəssisə müraciət edilməlidir. Aparılan araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətidir. O, daha sonra deyib:” Dejavu hissində əsas rolu hipokampusdakı neyronlar oynayır və onlar oxşar vəziyyətlər yarandıqda dərhal ən xırda fərqləri belə tanıya bilir. Məhz beynin həmin hissəsinin fəaliyyəti sayəsində insan hansı hisslərinsə tamamilə yeni olduğunu müəyyənləşdirə bilir. Hipokampus insanın təcrübəsini indiki və keçmiş zamana ayırır. Lakin keçmiş və indiki üst-üstə düşdükdə hipokampus donur. Bunun nəticəsində də insanda qəribə xatirələr yaranır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
- [12:44]
Salyan sakini itkin düşüb
- [11:13]
Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər
- 06.02.2026 [22:54]
Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib
- 06.02.2026 [21:53]
Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib
- 06.02.2026 [21:33]
QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib
- 06.02.2026 [21:03]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 06.02.2026 [20:52]
Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
- 06.02.2026 [20:43]
Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət
- 06.02.2026 [20:25]
Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib
- 06.02.2026 [20:15]
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
- 06.02.2026 [19:29]
Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb
- 06.02.2026 [19:27]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [19:13]
Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts
- 06.02.2026 [19:08]
Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib
- 06.02.2026 [19:06]
Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir
- 06.02.2026 [18:57]
Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub
- 06.02.2026 [18:32]
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar
- 06.02.2026 [18:31]
Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib
- 06.02.2026 [18:19]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub
- 06.02.2026 [18:15]
Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA
- 06.02.2026 [18:10]
Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb
- 06.02.2026 [18:06]