Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumu - dünyanı narahat edən məsələlərin həlli yollarının müzakirə olunduğu mühüm platforma

Qlobal Bakı Forumu - dünyanı narahat edən məsələlərin həlli yollarının müzakirə olunduğu mühüm platforma

Bakı, 8 mart, Abbasəli Yadigarov, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də Azərbaycanda X Qlobal Bakı Forumu keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirlər, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir - “Dünya bu gün: Çağırışlar və ümidlər”.

AZƏRTAC beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilən Forumun tarixinə qısa nəzər salır.

Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək.

Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim təhlükəsizliyi, qida təhlükəsizliyi və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı effektiv mübarizə yollarını müəyyənləşdirəcəklər.

Göründüyü kimi, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunaraq deyib: “Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. ... IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur”.

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan bu gün təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, sosial rifahı, güclü iqtisadiyyatı, uğurlu xarici siyasəti, reallıqları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və dünyadakı nüfuzu durmadan artır. Burada diqqətçəkən məqamlardan biri isə Azərbaycanın sivilizasiyalararası əməkdaşlığa imza atılan məkana çevrilməsidir.

Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Dövlətimizin başçısının dediyi kimi: “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Hazırda Azərbaycan dünyaya günəş kimi doğur. 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi sayəsində ölkəmizə maraq daha da artıb. İndi Şərqdən Qərbə, Şimaldan Cənuba demək olan bütün yollar Azərbaycandan keçir. Bu da təbiidir. Çünki bu gün Azərbaycan bölgədə söz sahibidir və sabitləşdirici rol oynayır, eyni zamanda, öz qonşularına qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Azərbaycan Prezidenti İlham Əliyevin sözünün imzası qədər etibarlı olması ölkəmizin artan çəkisinin daha bir komponentidir. İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunun əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət, verilən qəti qərarlar, əlverişli biznes mühiti və yaradılan müasir infrastruktur dayanır.

Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Builki Forumun da mövzusu dünya gündəmində mühüm yer tutan mövzulara həsr olunub. Belə ki, X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılacaq, bu problemlərin həlli yolları araşdırılacaq. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos bununla bağlı belə deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti dialoqun təşviqinə, millətlər və mədəniyyətlər arasında anlayış körpülərinin salınmasına xidmət edir”. Latviya Prezidenti Eglis Levits isə Qlobal Bakı Forumunu dünyanı narahat edən vacib məsələlərin həll variantlarını bölüşmək üçün mühüm platforma adlandırıb.

Təkcə Qlobal Bakı Forumu deyil, elə Azərbaycanın özü də müxtəlif dinlər, mədəniyyətlər arasında körpü rolunu oynayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sözügedən istiqamətdə fəaliyyəti məhz bundan qaynaqlanır. Bu məqamda dövlətimizin başçısının bu fikirləri diqqət çəkir: “Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır”.

Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib. Məhz Prezident İlham Əliyevin çağırışı ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası keçirilib və dövlətimizin başçısı peyvənd millətçiliyi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrə koronavirusla mübarizə aparmaq üçün könüllü maliyyə yardımı ayırıb. Məhz bunun və saymaqla bitməyən bir çox digər tədbirlərin nəticəsidir ki, Hərəkata üzv ölkələr bu gün beynəlxalq aləmdə Azərbaycanın ədalətli mövqeyini, qlobal səylərini dəstəkləyir, ölkəmizə etimad göstərirlər. Artıq onlar əmindirlər ki, ölkəmizdə keçirilən tədbirlər mühüm məsələlərin müzakirəsi və təsirli qərarların qəbul edilməsi üçün mühüm platforma kimi çıxış edir.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçiriləcək və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Efiopiyada siyasi gərginlik və iğtişaşlar fonunda parlament seçkiləri keçirilir

İctimai TV-nin təşəbbüsü ilə uşaqlara həsr olunan unudulmaz bayram günü!

® DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib

BMU-İNHA ikili diplom proqramı çərçivəsində 329 tələbə təhsil alır

Yaponiyada intiharların qarşısını almaq üçün süni intellektdən istifadə olunur

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir

FİFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir

DİA-da Özbəkistandan gələn dövlət qulluqçuları üçün təlim-təcrübə proqramına başlanılıb

“Politico”: Fransada seçkiqabağı mübarizə Brüsselin kabusuna çevrilir

Kənd təsərrüfatı dövlətin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilir - ŞƏRH

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

® “Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edib

Bu saata olan əsas xəbərlər

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib YENİLƏNƏCƏK

Uruqvay millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”: yol xəritələrinin icrası üzrə görüşlər yekunlaşıb

“Gəncə” ukraynalı sabiq voleybolçusunu geri qaytarıb

Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib

Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb

Sel təhlükəsinə qarşı Talaçay və Zilbançayda beton bəndlər tikilir

Paşinyan: Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır

Almaniyada pərakəndə satışların həcmi azalıb

Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb

DSMF Sumqayıtda ictimai dinləmə təşkil edəcək

“Ağıllı kənd” və aqropark layihələri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi gələcəyini formalaşdırır - ŞƏRH

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

Yaponiya Çin, Cənubi Koreya və Tayvandan polad idxalına qarşı antidempinq araşdırmalarına başlayıb

Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır

Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb

İstanbul aeroportunda rekord sayda səfər qeydə alınıb

“Bakı Enerji Həftəsi”nin iştirakçılarına

İndoneziyada müharibə dövründən qalan bomba partladı: 5 nəfər həlak oldu

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans

® Mülki Aviasiya işçilərinə özəl kredit təklifi

Fransada inflyasiya may ayında sürətlənərək illik 2,4 faizə yüksəlib

Elm və təhsil nazirinin Gəncədə vətəndaş qəbuluna qeydiyyatı başlandı

® “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

® “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib

“Goldman Sachs”: Neft bazarı zəif tələbat və münaqişənin yaratdığı təklif problemlərindən qaynaqlanan risklərlə üzləşir

Neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə təsirsiz ötüşmür

Fırtınalar Avstraliyanın qərbini qaranlığa qərq edib

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

İdarə Heyəti sədrinin müavini: “Turan Tovuz”un avrokuboklara buraxılmayacağı ilə bağlı UEFA-dan hər hansı məlumat daxil olmayıb

Qarabağın bərpası həm də gələcəyimiz olan uşaqların təhlükəsiz və firavan mühitdə böyüməsini təmin edəcək - ŞƏRH

“ASAN Viza” - 10 il

Bu gündən Malayziyada uşaqlar üçün sosial media qadağası qüvvəyə mindi

Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

Jalə Əmirbəyova: Aqrar sektor gənclər üçün böyük perspektivlər vəd edir – ŞƏRH

Şeynbaum Trampa mesaj göndərib: Meksika heç kimin oyuncağı deyil

Son iki gündə 66 cinayətin açılması təmin edilib

Media: Afrikanın 41 ölkəsində ABŞ-nin səfiri yoxdur

Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasətinə malikdir

® Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub

Bu gündən Bakı Enerji Həftəsi işə başlayır

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Gürcüstanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

Qırğızıstanda uşaqlar əhalinin 37 faizini təşkil edir

DSX Akademiyasına ekskursiya təşkil olunub VİDEO

DSX Akademiyasına ekskursiya təşkil olunub VİDEO

NBA-da finalçılar müəyyənləşib

Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

Cənubi Koreyanın ixracı mayda rekord həddə çatıb

Azərbaycanda uşaqların rifahı: gələcəyin etibarlı təminatı və müasir təhsil trendləri

Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu

DİM abituriyent və valideynlərə müraciət edib

“FLYONE Asia” Bakı və Gəncə hava limanlarına müntəzəm uçuşlara başlayıb

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Türkiyənin vilayətlərində mayın son ongünlüyündə təbii fəlakətlər intensivləşib

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir

İnsanlıq yenidən Aya qayıdır — bu dəfə daimi qalmaq üçün - REPORTAJ

Bakı Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransa ev sahibliyi edəcək

Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/8 final oyununa çıxır

Səbinə Əliyeva: Uşaqlar arasında geniş yayılmış onlayn oyunlar ciddi risklər yaradır

Şəhid övladlarının iştirakı ilə tədbir: “Yol polisimizlə bir gün”

Agentlik: Sağlamlıq imkanları məhdud 400-dən çox uşaq inklüziv təhsil alır

FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Agentlik: 107 min 524 uşaq məktəbəqədər təhsillə əhatə olunub

Birinci siniflər üzrə son statistika açıqlanıb

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir - MÜSAHİBƏ

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Cənubi Koreyanın “Hanwha” şirkətinin aerokosmik müəssisəsində partlayış olub: ölənlər var

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Eksperimental xərçəng dərmanının sınaqları ümidverici nəticələr göstərib

Çili sahillərində güclü zəlzələ qeydə alınıb

Tramp: İranla razılaşma, əsasən nüvə proqramına həsr olunub

İsrail Beyrutdakı əməliyyatları genişləndirmək üçün ABŞ-dən dəstək istəyib

NYT: ABŞ son üç həftədə Hörmüz boğazından keçən 70-ə yaxın gəmiyə dəstək verib

Çin Çexiya Senat sədrinin Tayvana səfərini daxili işlərinə müdaxilə adlandırıb

CNN: İran 18 yeraltı raket bazasına girişi bərpa edib

Hamburq sakinləri şəhərin Olimpiya Oyunlarına namizədliyini dəstəkləməyiblər

NYT: ABŞ-nin narkotik qaçaqmalçılarının qayıqlarına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 200-ü ötüb

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub