Cənubi Koreyanın ixracı mayda rekord həddə çatıb
Bakı, 1 iyun, AZƏRTAC
Cənubi Koreyanın ixracı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artaraq rekord həddə – 87,8 milyard dollara yüksəlib.
AZƏRTAC Cənubi Koreyanın Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, artım əsasən süni intellekt texnologiyalarına qlobal tələbatın yüksəlməsi fonunda yarımkeçirici ixracının artaraq 37,2 milyard dollara çatması ilə bağlıdır. Çinə ixrac 80,9 faiz, ABŞ-yə göndərişlər isə 59,1 faiz artıb. Kosmetika, biosağlamlıq məhsulları və gəmi ixracında da yüksəliş qeydə alınıb.
May ayında idxal 20,8 faiz artaraq 60,8 milyard dollara çatıb. Nəticədə ölkənin ticarət profisiti təxminən 27 milyard dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [13:07]
Almaniyanın Frankfurt şəhərində malyariya ilə bağlı xəbərdarlıq edilib
- 17.09.2026 [12:07]
Suriyada atışma nəticəsində 3 təhlükəsizlik əməkdaşı həlak olub
- 17.09.2026 [11:35]
Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib
- 17.09.2026 [06:42]
Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək
- 17.09.2026 [04:46]