Elvin Camalov: “Qəbələ”yə qayıtmağı özümə borc bildim
Bakı, 17 sentyabr, AZƏRTAC
“Qəbələ”yə qayıtmaq mənim üçün xüsusi hissdir. Çünki bura doğma mühitdir, burada olmaq mənə yad deyil. Çox gözəl hisslər keçirirəm. Keçmişə çox böyük hörmətim var. “Qəbələ”nin həyatımda və yetişməyimdə xüsusi yeri var. Bura qayıtmağı özümə borc bildim.
AZƏRTAC xəbər verir ki, “Neftçi” ilə yollarını ayıraraq “Qəbələ”yə qayıdan Elvin Camalov klubun mətbuat xidmətinə müsahibəsində deyib.
2013-2019-cu illərdə də bölgə təmsilçisinin formasını geyinən müdafiəçi bildirib ki, azarkeşlər və buradakı futbol mühiti ona yad deyil: “Həmişə onların dəstəyini hiss etmişəm. Hazırda “Qəbələ”nin heyətində gənc futbolçular var. Həmin vaxt bu gənclər akademiyada oynayırdılar. İndi bura gəlib onları görəndə qürur hissi keçirdim. Akademiyanın yetişdirdiyi bu uşaqlar indi mənimlə çiyin-çiyinə mübarizə aparacaqlar. Ümid edir və inanıram ki, öz təcrübəmlə onlara da kömək olacağam. “Qəbələ”nin adına meydanda vuruşub, mübarizə apararaq yaxşı nəticələr və uğurlar qazanacağıq”.
Qeyd edək ki, 31 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb. “Qəbələ” akademiyasının yetirməsi olan futbolçu daha əvvəl də klubun əsas komandasında çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində 132 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [13:31]
Yurgen Klopp Almaniya millisinin heyətinə 44 futbolçu dəvət edib
- 17.09.2026 [12:22]
Qambiyalı futbolçu: “Sabah”ın qollarına mane ola bilmədik
- 17.09.2026 [11:35]
"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib
- 17.09.2026 [10:35]
Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər
- 17.09.2026 [10:27]
Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib
- 17.09.2026 [09:58]
Avropa Liqası: “Beşiktaş” Fransa klubu ilə qarşılaşacaq
- 17.09.2026 [08:18]