Suriyada atışma nəticəsində 3 təhlükəsizlik əməkdaşı həlak olub
Qahirə, 17 sentyabr, AZƏRTAC
Suriyanın Dəraa vilayətinin əl-Sanəmeyn şəhərində əməliyyat zamanı 3 daxili təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Suriyanın Daxili Təhlükəsizlik Qüvvələrinin yaydığı açıqlamaya görə, hadisə axtarışda olan şəxslərdən birinin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı baş verib.
Məlumata görə, axtarışda olan şəxsin rəhbərlik etdiyi silahlı qanunsuz qrup əməliyyat keçirən patrula hücum edib, nəticədə təhlükəsizlik əməkdaşları ilə atışma baş verib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri əl-Sanəmeyn şəhərində mövqelərini gücləndirib, silahlı qrupun üzvlərinin və hücumda iştirak edən şəxslərin axtarışını davam etdirir. Təhlükəsizlik vəziyyəti sabitləşənədək şəhərdə müvəqqəti komendant saatı tətbiq edilib.
Daxili Təhlükəsizlik Qüvvələri hücumda iştirak edən bütün şəxslərin müəyyən edilərək saxlanılması və onların barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [11:35]
Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib
- 17.09.2026 [06:42]
Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək
- 17.09.2026 [04:46]
ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir
- 17.09.2026 [03:27]
Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur
- 17.09.2026 [03:13]
Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq
- 17.09.2026 [02:48]