Azərbaycan–Monqolustan arasında hava əlaqəsi haqqında Saziş plenar iclasa tövsiyə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
AZƏRTAC xəbər verir ki, 2026-cı il mayın 6-da Leypsiqdə imzalanmış Saziş iki ölkə arasında beynəlxalq hava əlaqələrinin yaradılmasını, sərnişin, baqaj, yük və poçt daşımalarının təşkilini, eləcə də tərəflərin təyin etdiyi aviaşirkətlərin fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutur.
Sazişə əsasən, aviaşirkətlər üçün Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Ulan-Bator, Hovd və Çoybalsan məntəqələri müəyyən edilir. Həmçinin kod-şerinq və blok sahəsi üzrə əməkdaşlığa imkan yaradılır.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [12:23]
Mikayıl Cabbarov: Azərbaycan makroiqtisadi və maliyyə sabitliyinə nail olub
- 17.09.2026 [11:51]
Aqrar sahədə Azərbaycan–İslam İnkişaf Bankı əməkdaşlığı genişləndirilir
- 17.09.2026 [11:49]
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası baş tutub
- 17.09.2026 [11:39]
ARDNF və “Brookfield” yeni investisiya imkanlarını araşdırır
- 17.09.2026 [11:33]
Nazir: Savadlılığın yeni tərifi texnologiya ilə bağlıdır
Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır
- 16.09.2026 [23:36]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 16.09.2026 [23:16]
Azərbaycanda zəlzələ baş verib
- 16.09.2026 [23:03]