Nazir müavini: 423 məscid və 222 kilsə dövlət mühafizəsinə götürülüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Bu gün ölkəmizin müxtəlif bölgələrində İslamaqədərki xristianlıq dövrü, İslam dövrünə aid dini tarixi-mədəni abidələr var və onlar hamısı milli-mədəni irs hesab edilir və dövlət tərəfindən qorunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfrans çərçivəsində keçirilən panel müzakirədə çıxış edərkən deyib.
Nazir müavini qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə dövlət mühafizəsinə götürülüb.
"Bu proses hazırda da davam edir. Yalnız ötən il Bakı şəhərində üç məscid, bir kilsə, işğaldan azad olunmuş ərazilərdə isə dörd məscid, yeddi türbə, dörd monastır və 13 məbəd dövlət qeydiyyatına alınıb. Bu rəqəmlər ölkəmizin dini irsinin miqyasını, onun qorunmasının dövlət siyasətindəki əhəmiyyətini bir daha aydın şəkildə göstərir", - deyə S.Yusifova qeyd edib.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [12:29]
® Lənkəranda qızlar üçün “Yango Azerbaijan” təhsil proqramına start verilib
- 17.09.2026 [11:58]
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
- 17.09.2026 [11:34]
Yanvar-avqust aylarında 35,3 min şəxsə əlillik təyin olunub
- 17.09.2026 [11:31]
Ötən gün dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb
- 17.09.2026 [11:26]