Bu il dəniz nəqliyyatı ilə daşınmış yüklərin 40 faizini neft yükləri təşkil edib
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyard 931,9 milyon manat məbləğində gəlir əldə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 40,5 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 8 milyon 633,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. 2026-cı il avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 150 min ton olub.
Avtomobil nəqliyyatı ilə daşınmış sərnişinlərin 95,7 faizi avtobusların, 4,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [11:51]
Aqrar sahədə Azərbaycan–İslam İnkişaf Bankı əməkdaşlığı genişləndirilir
- 17.09.2026 [11:49]
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası baş tutub
- 17.09.2026 [11:39]
ARDNF və “Brookfield” yeni investisiya imkanlarını araşdırır
- 17.09.2026 [11:33]
Nazir: Savadlılığın yeni tərifi texnologiya ilə bağlıdır
Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır
- 16.09.2026 [23:36]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 16.09.2026 [23:16]
Azərbaycanda zəlzələ baş verib
- 16.09.2026 [23:03]