Azərbaycan və Qırğızıstan arasında sərnişin və yük daşımaları inkişaf etdiriləcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycan və Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, 2026-cı iyulun 31-də Çolpon-Atada imzalanan saziş iki ölkə arasında sərnişin və yük daşımalarının, həmçinin tranzit əlaqələrinin inkişafını və daşıma şərtlərinin sadələşdirilməsini nəzərdə tutur.
Sənədə əsasən, beynəlxalq sərnişin və yük daşımaları müəyyən edilmiş icazə və prosedurlar əsasında həyata keçiriləcək. Ağır xəstələrin, müntəzəm sərnişinlərin, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd və digər nəzarət tədbirlərinin prioritet qaydada aparılması nəzərdə tutulur.
Sazişin icrası və yaranan məsələlərin həlli məqsədilə Azərbaycan və Qırğızıstanın iştirakı ilə Qarışıq Komissiyanın yaradılması da planlaşdırılır.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [12:23]
Mikayıl Cabbarov: Azərbaycan makroiqtisadi və maliyyə sabitliyinə nail olub
- 17.09.2026 [11:51]
Aqrar sahədə Azərbaycan–İslam İnkişaf Bankı əməkdaşlığı genişləndirilir
- 17.09.2026 [11:49]
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası baş tutub
- 17.09.2026 [11:39]
ARDNF və “Brookfield” yeni investisiya imkanlarını araşdırır
- 17.09.2026 [11:33]
Nazir: Savadlılığın yeni tərifi texnologiya ilə bağlıdır
Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır
- 16.09.2026 [23:36]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 16.09.2026 [23:16]
Azərbaycanda zəlzələ baş verib
- 16.09.2026 [23:03]
ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır
- 16.09.2026 [22:58]