Qambiyalı futbolçu: “Sabah”ın qollarına mane ola bilmədik
Bakı, 17 sentyabr, AZƏRTAC
Daha yaxşı nəticələr qazanmaq və turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq üçün əzmlə çalışmalıyıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şəfa” komandasının müdafiəçisi Maudo Lamin Jarjue deyib.
28 yaşlı qambiyalı futbolçu Premyer Liqanın V turunda “Sabah”la keçirilən oyuna (0:3) toxunub: “Sabah”a qarşı matç bizim üçün çətin keçdi. Qarşılaşmaya yaxşı başlasaq da, sonradan rəqibin qollarına mane ola bilmədik və nəticədə məğlub olduq. Bu görüşdən nəticə çıxararaq səhvlərimizi düzəltməyə çalışacağıq. Qarşıda “Qarabağ”la oyun var. Həmin görüşdə yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Şəfa” hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [13:03]
Elvin Camalov: “Qəbələ”yə qayıtmağı özümə borc bildim
- 17.09.2026 [11:35]
"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib
- 17.09.2026 [10:35]
Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər
- 17.09.2026 [10:27]
Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib
- 17.09.2026 [09:58]
Avropa Liqası: “Beşiktaş” Fransa klubu ilə qarşılaşacaq
- 17.09.2026 [08:18]
Karyerasında 49-cu titulunu qazanan Messi 2 rekorda imza atıb
- 17.09.2026 [06:09]