Baş nazirdən təklif: “Google” şirkətinə tətbiq olunan cərimə Aİ ölkələrinin büdcə yükünü azaltsın
Paris, 17 sentyabr, AZƏRTAC
Fransanın Baş naziri Sebastyan Lökornü “Google” şirkətinə tətbiq olunan cərimədən əldə ediləcək vəsaitin Avropa İttifaqına üzv dövlətlərin ümumi büdcəyə ödədiyi maliyyə töhfələrini azaltmaq üçün istifadə olunmasını Avropa Komissiyasına təklif edib.
AZƏRTAC xəbər verir ki, faizlər də daxil olmaqla təxminən 4,6 milyard avro təşkil edəcəyi gözlənilən bu fövqəladə gəlir oktyabr ayında hazırlanması gözlənilən Aİ-nin düzəliş edilmiş büdcəsinə daxil edilməlidir.
Lökornü təklifini milli büdcələrə düşən yük və borclanma şərtlərinin sərtləşməsi ilə əsaslandırıb. Baş nazirin ofisi isə bunun Fransanın Aİ büdcəsinə töhfəsini şübhə altına almaq məqsədi daşımadığını vurğulayıb.
Təklif Fransa hökumətinin 2027-ci il büdcəsində 30 milyard avro qənaət etmək istədiyi bir vaxtda irəli sürülüb. Büdcə layihəsinin sentyabrın 30-da Nazirlər Şurasına təqdim edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [13:48]
Fransada yanacağın qiyməti 3 avroya yaxınlaşır
- 17.09.2026 [13:07]
Almaniyanın Frankfurt şəhərində malyariya ilə bağlı xəbərdarlıq edilib
- 17.09.2026 [12:07]
Suriyada atışma nəticəsində 3 təhlükəsizlik əməkdaşı həlak olub
- 17.09.2026 [11:35]
Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib
- 17.09.2026 [06:42]
Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək
- 17.09.2026 [04:46]