Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilir.
Ramil Usubov Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırır.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ələkbər Baxşiyev