Mərkəzi Bankın maliyyə qruplarına nəzarət səlahiyyətləri genişləndirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin birinci oxunuşuna təqdim edilib.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, Mərkəzi Bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (ƏL/TMM) üzrə nəzarəti yalnız ayrı-ayrı maliyyə institutlarını deyil, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək.
Mərkəzi Bank maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini dövri qiymətləndirəcək. Yenidən təşkil, benefisiar mülkiyyətçinin dəyişməsi, fəaliyyət, müştəri qrupu və ya coğrafi əhatənin dəyişməsi, həmçinin əməliyyatların intensivliyi və ya məbləğinin əvvəlki illə müqayisədə 40 faiz və daha çox artması zamanı risk qiymətləndirilməsi təkrar aparılacaq.
Bundan əlavə, Mərkəzi Bank nəzarət tədbirləri çərçivəsində maliyyə institutlarından və maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb edə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [11:51]
Aqrar sahədə Azərbaycan–İslam İnkişaf Bankı əməkdaşlığı genişləndirilir
- 17.09.2026 [11:49]
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası baş tutub
- 17.09.2026 [11:39]
ARDNF və “Brookfield” yeni investisiya imkanlarını araşdırır
- 17.09.2026 [11:33]
Nazir: Savadlılığın yeni tərifi texnologiya ilə bağlıdır
Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır
- 16.09.2026 [23:36]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 16.09.2026 [23:16]
Azərbaycanda zəlzələ baş verib
- 16.09.2026 [23:03]
ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır
- 16.09.2026 [22:58]
Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür “Quran” nümayiş olunur
- 16.09.2026 [22:48]