Fərhad Quliyev: “İmarət” Muzey Kompleksindəki qəbirlərə müdaxilələr qeydiyyata alınıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə qarşı olan münasibət, bu kompleksin xüsusi nifrətlə dağıdılması, məqsədli şəkildə Qarabağın tarixinə, Qarabağ xanlığının qurucularına qarşı olan nifrəti əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfrans çərçivəsində keçirilən panel müzakirədə çıxış edərkən deyib.
"İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin bərpası prosesində Arxeologiya və Antropologiya İnstitutu da elmi tədqiqatlara cəlb olunub. Burada dəfn olunmuş Qarabağın önəmli şəxslərinə aid qəbirlərə müdaxilələr tədqiqatçılarımız tərəfindən qeydiyyata alınıb", - deyə direktor qeyd edib.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [12:59]
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
- 17.09.2026 [12:29]
® Lənkəranda qızlar üçün “Yango Azerbaijan” təhsil proqramına start verilib
- 17.09.2026 [12:01]
Nazir müavini: 423 məscid və 222 kilsə dövlət mühafizəsinə götürülüb
- 17.09.2026 [11:58]