Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsanlıq yenidən Aya qayıdır — bu dəfə daimi qalmaq üçün - REPORTAJ

Vaşinqton, 1 iyun, AZƏRTAC

ABŞ Aya qayıdır

Yarım əsrdən çox əvvəl insan Aya ilk dəfə ayaq basanda bu, daha çox siyasi gücün və texnoloji yarışın simvolu idi. Bayraq sancıldı, tarix yazıldı və insanlar Yerə geri qayıtdılar.

Amma indi məqsəd tamamilə fərqlidir. İnsanlıq yenidən Aya qayıdır — bu dəfə sadəcə ora enmək üçün yox, orada qalmaq üçün.

Agentliyin Ay Bazası Proqramı Ay səthində uzunmüddətli insan mövcudluğunu təmin edəcək infrastrukturun yaradılmasını nəzərdə tutur.

Qurum 30 milyard dollarlıq bir arxitektura vasitəsilə Ayın cənub qütbü yaxınlığında daimi baza qurur. Plan robot və ekipajsız yük missiyaları tərəfindən roverlərin, elektrik şəbəkələrinin və dronların sınaqdan keçirilməsi ilə başlayır.

Aya qayıdış mərhələləri

Birinci mərhələ artıq 2026-cı ilin sonlarından başlayaraq 2028-ci ilə kimi davam edəcək. Bu mərhələdə NASA peykləri, kəşfiyyat dronlarını və roverləri daşımaq üçün çoxsaylı ekipajsız missiyalar həyata keçirəcək. 2029–2032-ci illəri əhatə edəcək ikinci mərhələdə infrastrukturun qurulması, fundament işlərinin görülməsi nəzərdə tutulub. Belə ki, NASA Ayda uzun müddət yaşamağa imkan verən günəş dirəkləri, nüvə parçalanma reaktorları və yerli rabitə şəbəkəsi yerləşdirməyi planlaşdırır. 2036-cı ilə qədər bitməsi planlaşdırılan 3-cü mərhələdə Ay daimi yaşayış məkanına çevriləcək. Əməliyyatlar daha dərin kosmik tədqiqatları və uzunmüddətli elmi missiyaları həyata keçirmək üçün Ayda suyun və oksigenin tapıntısına yönələcək.

NASA rəsmilərinin sözlərinə görə, bu məqsədlərə aparan yolun əsasını “Artemis” proqramı təşkil edir. Bildirilib ki, bu yaxınlarda “Artemis II” missiyası zamanı raket ekipajı orbitə uğurla çatdırıb, “Orion” kosmik gəmisinin həyat təminatı sistemləri, rabitə, naviqasiya və istilik qoruyucu qalxanı uğurla sınaqdan keçirilib.

Agentlik qeyd edir ki, həmin missiya insanların Yerə yaxın orbitdən kənarda necə yaşaması, işləməsi və yeni mühitə uyğunlaşması ilə bağlı mühüm məlumatlar əldə etməyə imkan verib.

Əsas daşıyıcı “Blue Origin” şirkətinə məxsus olacaq

NASA-nın ötən həftə keçirdiyi brifinq zamanı proqram çərçivəsində ilk iri müqavilələr də açıqlanıb. Ay nəqliyyat vasitələrinin səthə çatdırılması üzrə müqavilə Cef Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə verilib. Şirkətin hazırladığı sistemin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Ay Bazası Proqramının Aya yükdaşıyan eniş aparatları üzrə direktoru Rayan Steffen bildirir ki, Aya eniş aparatları təkcə insanları daşımır, onlar gələcək insan missiyalarına hazırlıq görür. Radiasiya, temperatur şəraiti və Ay mühiti ilə bağlı elmi tədqiqatlar aparılır. Məqsəd Ayda insanların uzunmüddətli fəaliyyətini mümkün etmək üçün lazım olan bilikləri toplamaqdır.

NASA, həmçinin Ay səthində fəaliyyət göstərəcək iki yeni ay nəqliyyat vasitəsi layihəsinin qaliblərini elan edib. “Astrolab” və “Lunar Outpost” şirkətlərinin hazırladığı bu nəqliyyat vasitələri həm astronavtlar tərəfindən idarə olunacaq, həm də avtonom rejimdə işləyə biləcək.

Təxminən bir ton ağırlığında olacaq nəqliyyat vasitələrinin eniş nöqtəsindən 200 kilometrədək məsafədə hərəkət etməsi nəzərdə tutulur. Bu göstərici indiyədək Ay və Marsda istifadə olunmuş bir çox roverlərin imkanlarını üstələyir.

Birinci mərhələdə Ay səthinə təxminən 4 metrik ton yük çatdırılması nəzərdə tutulur. Sonrakı mərhələlərdə bu göstəricinin 60, daha sonra isə 150 metrik tona çatdırılması planlaşdırılır.

NASA bildirir ki, gələcək Ay Bazası bir nöqtədə yerləşən tək obyekt olmayacaq. Yaşayış modulları, enerji sistemləri, elmi stansiyalar, resursların çıxarıldığı sahələr və digər infrastruktur elementləri Ay səthinin müxtəlif bölgələrində yerləşəcək.

NASA, eyni zamanda “Moonfall” adlı yeni Ay dronları proqramını da təqdim edib. Bu pilotsuz sistemlər Ayın cənub qütbündə buz və su ehtiyatlarını araşdıracaq, radiasiya səviyyəsini ölçəcək və Ay səthinin santimetr dəqiqliyində xəritələrini hazırlayacaq.

Aydan sonra Mars

NASA-nın hədəfi isə prosesi tək Ayla yekunlaşdırmaq deyil.

Rayan Steffen deyir ki, Ay üçün hazırlanan bir çox texnologiyalar gələcək Mars missiyalarında da istifadə oluna bilər. Naviqasiya, idarəetmə sistemləri, avadanlıqlar və insanların kosmik mühitdə fəaliyyət təcrübəsi Marsa uçuşlar üçün vacib baza rolunu oynayır.

Ay artıq yalnız bir missiyanın hədəfi deyil. O, Marsa gedən yolun ilk dayanacağına çevrilir.

Ayın Cənub Qütbündə daimi kölgədə qalan kraterlərdən su buzunu çıxarmaqla astronavtlar içməli su, oksigen və maye hidrogen/oksigen raket yanacağı istehsal edə və Ayı davamlı dərin kosmos buraxılış meydançasına çevirə bilərlər. Bu isə Marsa gedən yolu asanlaşdıra bilər.

NASA insanları Ay səthinə qaytarmaq üçün Çinlə rəqabət aparır. Çin də 2030-cu ilə qədər insanları Aya göndərmək planlarını açıqlayıb.

Ekspertlər hesab edir ki, gələcəyin ən böyük rəqabəti artıq yalnız Yer üzündə deyil. Kosmos yeni iqtisadiyyatın, yeni texnologiyanın və yeni güc balansının mərkəzinə çevrilir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Afrikanın 41 ölkəsində ABŞ-nin səfiri yoxdur

Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasətinə malikdir

® Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Gürcüstanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

BEA: Qlobal enerji investisiyaları Yaxın Şərq münaqişəsinə rəğmən rekord həddə - 3,4 trilyon dollara çatacaq

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

Qırğızıstanda uşaqlar əhalinin 37 faizini təşkil edir

DSX Akademiyasına ekskursiya təşkil olunub VİDEO

DSX Akademiyasına ekskursiya təşkil olunub VİDEO

NBA-da finalçılar müəyyənləşib

Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

Cənubi Koreyanın ixracı mayda rekord həddə çatıb

Azərbaycanda uşaqların rifahı: gələcəyin etibarlı təminatı və müasir təhsil trendləri

Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu

DİM abituriyent və valideynlərə müraciət edib

“FLYONE Asia” Bakı və Gəncə hava limanlarına müntəzəm uçuşlara başlayıb

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Türkiyənin vilayətlərində mayın son ongünlüyündə təbii fəlakətlər intensivləşib

Dünya birjalarında neft bahalaşıb

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir

İnsanlıq yenidən Aya qayıdır — bu dəfə daimi qalmaq üçün - REPORTAJ

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

Bakı Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransa ev sahibliyi edəcək

Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/8 final oyununa çıxır

Səbinə Əliyeva: Uşaqlar arasında geniş yayılmış onlayn oyunlar ciddi risklər yaradır

Şəhid övladlarının iştirakı ilə tədbir: “Yol polisimizlə bir gün”

Agentlik: Sağlamlıq imkanları məhdud 400-dən çox uşaq inklüziv təhsil alır

FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Agentlik: 107 min 524 uşaq məktəbəqədər təhsillə əhatə olunub

Birinci siniflər üzrə son statistika açıqlanıb

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir - MÜSAHİBƏ

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Cənubi Koreyanın “Hanwha” şirkətinin aerokosmik müəssisəsində partlayış olub: ölənlər var

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Eksperimental xərçəng dərmanının sınaqları ümidverici nəticələr göstərib

Çili sahillərində güclü zəlzələ qeydə alınıb

Tramp: İranla razılaşma, əsasən nüvə proqramına həsr olunub

İsrail Beyrutdakı əməliyyatları genişləndirmək üçün ABŞ-dən dəstək istəyib

NYT: ABŞ son üç həftədə Hörmüz boğazından keçən 70-ə yaxın gəmiyə dəstək verib

Çin Çexiya Senat sədrinin Tayvana səfərini daxili işlərinə müdaxilə adlandırıb

CNN: İran 18 yeraltı raket bazasına girişi bərpa edib

Hamburq sakinləri şəhərin Olimpiya Oyunlarına namizədliyini dəstəkləməyiblər

NYT: ABŞ-nin narkotik qaçaqmalçılarının qayıqlarına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 200-ü ötüb

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub

Küveytdəki hava bazasına hücum nəticəsində dörd ABŞ hərbçisi yaralanıb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneulidə geniş qeyd olunub Fotoreportaj

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

Moldovadakı soydaşımız Orxey şəhərinin meri seçilib

“Tasnim”: Tramp müqavilənin mətnində dəyişiklik etsə, İran da öz əlavələrini edəcək

Media: Somali sahillərində piratlar tankeri ələ keçiriblər

Azərbaycan cüdo millisi Avropa Kubokunu 5 medalla tamamlayıb

Əlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir: slayd-şou nümayiş etdirildi

Şərurda yarımtikili evdə yanğın olub VİDEO

Şərurda yarımtikili evdə yanğın olub VİDEO

Gürcüstan 2025-ci ildə Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz alıb

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

ÜST Ebola virusuna yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib

Bu saata olan əsas xəbərlər

Misirdə yeni arxeoloji abidələr tapılıb

PSJ-nin qələbəsindən sonra Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780-ə çatıb

İçərişəhərdə yeni idman meydançasının açılışı olub VİDEO

İçərişəhərdə yeni idman meydançasının açılışı olub VİDEO

ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya və İraq üzrə xüsusi elçisi olacaq

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri Azərbaycanın strateji baxışının nümayişidir - ŞƏRH

Çində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

“Zirə” 5 futbolçu ilə yollarını ayırıb

Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq

Media: İran “Cənubi Pars” yatağında qaz hasilatını bərpa edib

Ağdamda “Qarabağ I Uşaq Kitab Festivalı”

Səməd Vurğunun yubileyinə həsr olunmuş konsertdə şagirdlərin ifasında əsərlər səsləndirilib

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı kitab sərgisi açılıb

Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

İsveçin Höteborq şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”

FHN: Vətəndaşlara fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

Bu saata olan əsas xəbərlər

Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

“Sabah” nigeriyalı futbolçu ilə yollarını ayırıb

Şahdağa qar yağıb - Faktiki hava