Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir: slayd-şou nümayiş etdirildi
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Çıxış edən Niyazinin Mənzil-Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqların bayramını təbrik edib.
Bədii hissədə məktəbin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.
Tədbirdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
Sonda qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılıb.