Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir - MÜSAHİBƏ

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların hüquqlarının müdafiəsi müasir dövrdə dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri kimi çıxış edir. Bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi, zorakılıq hallarının qarşısının alınması və uşaqların təhlükəsiz, sağlam mühitdə böyüməsinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə rəqəmsal mühitin genişlənməsi ilə yaranan yeni risklər uşaqların müdafiəsi sahəsində daha çevik və kompleks yanaşmaların tətbiqini zəruri edir. Mövcud çağırışlar fonunda dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti və ailələrin də üzərinə mühüm vəzifələr düşür.

Bu məsələlərlə bağlı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Səbinə xanım, məlumdur ki, Ombudsman təsisatının uşaq hüquqlarının qorunması sahəsində geniş fəaliyyəti var. Ümumiyyətlə, milli insan hüquqları təsisatlarının və Azərbaycan ombudsmanının uşaq hüquqlarının müdafiəsində rolu nədən ibarətdir?

-Milli insan hüquqları təsisatları məhkəmədənkənar müdafiə mexanizmi olaraq uşaqların hüquqlarının qorunmasında xüsusi rola malikdir. Müxtəlif ölkələrdə bu təsisatların səlahiyyətləri, fəaliyyət istiqamətləri fərqlidir. Lakin həmin qurumlar üçün ümumi olan əsas cəhət fəaliyyətin məqsədidir ki, bu da uşaqların hüquq və maraqlarının müdafiəsi və təşviqindən ibarətdir.

Azərbaycan ombudsmanının uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş geniş səlahiyyətləri və fəaliyyət istiqamətləri var.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirir. Konstitusiya Qanununda Ombudsmanın və monitorinq qrupunun müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman qurumlarda zəruri məlumatların, sənədlərin alınması və digər hüquqlarının əks olunması uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət və göstərilən xidmətlərə nəzarətin təmini baxımından olduqca əhəmiyyətlidir.

Ombudsmana verilmiş səlahiyyətlər çərçivəsində uşaq hüquqlarının pozulmasına dair şikayətlər araşdırılır, monitorinqlər həyata keçirilir, maarifləndirmə işləri görülür, analitik təhlillər aparılaraq səlahiyyətli orqanlara müraciətlər ünvanlanır. Uşaq hüquqları sahəsində mövcud vəziyyətin və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilir, həmin təkliflərin icrası vəziyyəti nəzarətdə saxlanılır.

Ombudsman təsisatı dövlət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və digər qurumlarla sıx əməkdaşlıq edərək uşaqların hüquqlarının təmini sahəsində müxtəlif istiqamətlərdə mühüm işlər həyata keçirir.

-Son illər ölkəmizdə uşaqların qorunması istiqamətində hansı mühüm tədbirlər həyata keçirilib?

-Uşaqların müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxlanılır. Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla ölkədə bu sahədə davamlı islahatlar aparılır, qanunvericilik və institusional struktur təkmilləşdirilir, uşaqların rifahının yaxşılaşdırılması üçün iqtisadi, sosial proqramlar həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən uşaqların, o cümlədən çətin həyat şəraitində olan uşaqların hüquqlarının təmini məqsədilə müxtəlif layihələr icra edilir, təşəbbüslər reallaşdırılır. Ölkəmizin müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri aparılır, təhsil, səhiyyə, sosial xidmət müəssisələri inşa edilir, infrastruktur yenilənir və uşaqların hərtərəfli inkişafı üçün mühüm tədbirlər görülür.

Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan son mühüm tədbirlərdən biri cari ildə “Uşaq hüquqları haqqında” Qanunun və digər əlaqəli normativ-hüquqi aktların qəbul edilməsidir ki, bu da həmin sahədə yaranan yeni münasibətlərin tənzimlənməsi və uşaqların müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edim ki, ombudsman tərəfindən həmin normativ-hüquqi akt layihələrinə verilmiş təkliflər nəzərə alınıb.

-Ölkədə uşaqların hüquqlarının qorunması sahəsində mövcud olan əsas problemlər nədən ibarətdir və onların həlli istiqamətində hansı işlər görülür?

-Ombudsman Aparatına daxil olan müraciətlərin və aparılan müşahidələrin təhlilinə əsasən qeyd etmək istərdim ki, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində vəziyyətin təkmilləşdirilməsinə ehtiyac var. Uşaqlara qarşı ailədə, təhsil müəssisələrində və digər məkanlarda kobud rəftar hallarının qarşısının alınması məqsədilə davamlı olaraq bu sahədə vəziyyətin təhlilinin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi, maarifləndirmə işlərinin təşkili zəruridir.

Qeyri-sağlam ailədaxili münasibətlər uşaqlara mənfi təsirini göstərməkdədir. Məişət zorakılığı halları ilə bağlı təsisata ünvanlanan müraciətlərin təhlili göstərir ki, aidiyyəti qurumlar tərəfindən daha həssas və operativ yanaşmanın nümayiş etdirilməsi, münaqişəli ailələrlə aparılan profilaktiki işlərin daha da gücləndirilməsi və mühafizə orderlərinin verilməsi üzrə işin təkmilləşdirilməsi həmin sahədə problemlərin həlli baxımından əhəmiyyətlidir. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə təsisat tərəfindən təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilir.

Qeyd edim ki, erkən evlilik hallarının qarşısının alınması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verən müvafiq maddəsinin çıxarılması təklif edilib. Həmin təklif Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli müvafiq Qanununda nəzərə alınıb.

Ombudsmanın illik məruzəsində uşaqların olduğu bütün məkanlarda, o cümlədən uşaq müəssisələrində onlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilikdə xüsusi müddəanın təsbit olunması təklif edilib.

Cari ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanunda uşağın ola biləcəyi bütün yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılığın qadağan edilməsi təsbit olunmaqla həmin təklifin icrası təmin edilib.

Bununla yanaşı, 2026-cı il 21 aprel tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda əlavə edilmiş müvafiq maddədə valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan şəxslər tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə görə müvafiq sanksiya nəzərdə tutulub.

Uşaqlarla çalışan mütəxəssislərin uşaq hüquqları, davranış qaydaları barədə məlumatlılıq səviyyələrinin artırılması, zorakılığa məruz qalmış uşaqlarla aparılan işin, habelə zorakılıqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir.

Ombudsman tərəfindən yetkinlik yaşına çatmamış şahidin dindirilməsi, eləcə də mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi zamanı psixoloqun iştirakının təmin olunması, habelə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasının qadağan edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub və cari il martın 3-də həmin məsələlərlə bağlı cinayət və mülki qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Təsisata daxil olan şikayətlərə əsasən, uşaqların saxlanılması üçün alimentin ödənilməsində çətinliklər mövcuddur. Bu sahədə xarici ölkələrin müsbət təcrübəsinə əsaslanaraq, ombudsmanın illik məruzələrində Aliment Fondunun yaradılması və borclu şəxslərin məşğulluğu sahəsində icbari yanaşmanın tətbiqi ilə bağlı təkliflər irəli sürülüb.

Müraciətlərin təhlilinə əsasən, uşaqla ünsiyyət tələbi və himayə məsələsi ilə bağlı məhkəmə qərarlarının icrası zamanı tərəflərin uşaqların maraqlarını nəzərə almadığı hallarına rast gəlinir ki, bu da uşaqların psixoloji durumuna mənfi təsir göstərir, habelə məhkəmə qərarlarının icrasında çətinliklər yaradır. Bu baxımdan ombudsmanın illik məruzələrində bu sahədə icra mexanizmlərinin təkmilləşdirilməsi, habelə icra prosesində psixoloqun iştirakının təmin olunması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Məlum olduğu kimi, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə təsir edərək inkişaf üçün geniş imkanlar yaradıb. Bununla yanaşı, rəqəmsal texnologiyalar uşaqları müxtəlif risklərə və təsirlərə məruz qoyur. Müasir dövrdə uşaq hüquqları sahəsində mövcud problemlərin yaranmasında rəqəmsal mühitin təsiri mühüm amildir. Bu gün rəqəmsal inkişaf yeni ictimai münasibətlərin, hüquq pozuntularının yaranmasına səbəb olur. Bu da öz növbəsində uşaqların rəqəmsal mühitdə qarşılaşdıqları təhlükələrdən müdafiəsi, onların hüquqlarının qorunması istiqamətində səylərin birləşdirilməsini zəruri edir.

Ombudsman təsisatı tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində problemlərin həlli istiqamətində məlumatlılığın artırılması məqsədilə aylıqlar keçirilir, həmçinin mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil olunur, araşdırmalar aparılaraq zəruri tədbirlər görülür.

-Rəqəmsal mühitdə, eləcə də sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin təmin olunması üçün konkret olaraq hansı tədbirlər vacibdir?

-Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunmasında multidisiplinar yanaşmanın tətbiqi zəruridir. Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması vacibdir.

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, səmərəli nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirilib.

Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir.

Media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi çox önəmlidir.

Qeyd edim ki, təsisat tərəfindən rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici sosial videoçarx hazırlanıb və əhali arasında yayılması təmin edilib.

Tərəfimdən uşaqların sosial şəbəkə və digər rəqəmsal platformalardan istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin olunması təklif edilib.

Azərbaycan Prezidenti 2026-cı il fevralın 27-də “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncam rəqəmsal mühitdə uşaqların zərərlərdən müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu məqsədlə normativ-hüquqi akt layihələri hazırlanıb, ombudsman tərəfindən həmin layihələrə təkliflər göndərilib.

-Uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün dövlət qurumları ilə yanaşı, cəmiyyətin üzərinə məsuliyyət düşür. Ölkə ombudsmanı olaraq uşaqların müdafiəsi sahəsində mövcud problemlərin həlli üçün vətəndaş cəmiyyəti institutlarına, ümumilikdə cəmiyyətə hansı tövsiyələr verərdiniz?

-Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir və cəmiyyətin bütün üzvləri onların hərtərəfli inkişafı üçün səy göstərməlidir. Uşaqların təhlükəsiz mühitdə yaşaması üçün ictimai iştirakçılığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud təcrübələr onu deməyə əsas verir ki, dövlət idarəetməsinin həyata keçirilməsində ictimai nəzarətin olması, vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı problemlərin həllinə öz töhfəsini verir. Bu baxımdan qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini, cəmiyyətin hər bir üzvünü uşaqların hüquqlarının pozulması hallarına həssas yanaşmağa, aşkar edilən problemlərlə bağlı aidiyyəti qurumların məlumatlandırılmasında, habelə uşaqların sağlam mühitdə yaşamasının təminində fəal iştirak etməyə çağırıram. Valideynlərə övladları ilə mənəvi bağın yaradılmasına, onların sevgi və qayğı ilə əhatə olunmasına, psixi sağlamlığının təmininə diqqətlə yanaşmağı, müasir çağırışları nəzərə alaraq onlara nəzarət etməyi tövsiyə edirəm. Uşaqları isə özlərinin və bütün uşaqların hüquqlarının qorunması üçün səslərinin eşidilməsində aktiv iştirak etməyə çağırıram. Ombudsman təsisatının fəaliyyətində vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlığa, həmçinin uşaqların iştirakçılığına önəm verilir. Nümunə olaraq qeyd edim ki, ötən il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə vətəndaş cəmiyyəti institutlarını və uşaqları da cəlb etməklə maarifləndirici sosial videoçarx hazırlanıb, uşaqların hüquqlarının təmini ilə bağlı cəmiyyətə çağırış edilib.

Sonda şəhidlərimizin bizə əmanət buraxdıqları övladları başda olmaqla bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, hər bir uşağa bu gününü və gələcəyini xoşbəxt yaşamağı arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM-in iştirakçıları "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır