NYT: ABŞ son üç həftədə Hörmüz boğazından keçən 70-ə yaxın gəmiyə dəstək verib
Bakı, 1 iyun, AZƏRTAC
Son üç həftə ərzində ABŞ ordusu Hörmüz boğazından keçən təxminən 70 gəmiyə dəstək göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adları açıqlanmayan ABŞ administrasiyası rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri sözügedən gəmilərə yardım edib. Bildirilir ki, gəmilərin əksəriyyəti boğazdan keçərkən transponderlərini söndürüb.
ABŞ rəsmiləri dəstək göstərilən gəmilərin növləri barədə əlavə məlumat verməyiblər.
Qeyd edək ki, CENTCOM daha əvvəl ABŞ hərbçilərinin Hörmüz boğazından keçən ticarət gəmilərinə kömək etməsi ilə bağlı iddiaları təkzib etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:55]
Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır
- 02.06.2026 [18:04]
Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib
- 02.06.2026 [17:51]