Mark Rubio: İran ilk dəfə nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıb
Vaşinqton, 2 iyun, AZƏRTAC
İranla danışıqlarda perspektiv var.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Mark Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib.
O, bu gün, sabah və gələn həftə də irəliləyişin baş verə biləcəyini bildirib.
“Onlar ilk dəfə müzakirələrə girməkdən belə imtina etdikləri nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıblar. Bu, nəticədə Senat və ya Amerika xalqı üçün məqbul olan bir razılaşmaya gətirib çıxaracağına zəmanət vermir. Lakin biz onların prosesi nə qədər irəli aparmağa hazır olduqlarını sınaqdan keçirəcəyik”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]