Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdim olunub
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində DB tərəfindən hazırlanmış Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı keçirilib, hesabatın əsas nəticələri, iqtisadi inkişaf perspektivləri və onların mümkün siyasət nəticələri müzakirə olunub.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.