Daha bir elektron pul təşkilatının lisenziyası ləğv edilib
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, qərar Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 1 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.