Misirdə yeni arxeoloji abidələr tapılıb
Qahirə, 31 may, AZƏRTAC
Misirin Ali Abidələr Şurasının arxeoloji missiyası Bəni Suveyf qubernatorluğunda yerləşən İhnasiya əl-Mədinə bölgəsində qədim Misir, yunan və Roma dövrlərinə aid yeni arxeoloji tapıntılar aşkar edib.
AZƏRTAC xəbər verir ki, tapıntılar arasında Orta Krallıq hökmdarı III Senusertin adının həkk olunduğu daş blok, həmçinin yunan məhəbbət və gözəllik ilahəsi Afroditanın nadir mərmər heykəl başı yer alır. Bundan əlavə, Roma dövründə sikkə zərbi üçün istifadə olunan qəliblər, iri Roma bazilikasının qalıqları və qədim məbədin izləri aşkar edilib.
Misirin turizm və abidələr naziri Şərif Fəthi bildirib ki, bu tapıntılar bölgənin zəngin tarixi irsini və mədəni müxtəlifliyini nümayiş etdirir, eyni zamanda mədəni turizmin inkişafına töhfə verir.
Qeyd edək ki, qədim dövrlərdə Herakleopolis Maqna kimi tanınan İhnasiya əl-Mədinə IX və X sülalələr dövründə Misirin paytaxtı olub və yunan-Roma dövründə özünün ən yüksək inkişaf mərhələsini yaşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]