Yaponiyada intiharların qarşısını almaq üçün süni intellektdən istifadə olunur
Bakı, 1 iyun, AZƏRTAC
Yaponiyada bəzi stansiya və binalarda intihar hallarının qarşısını almaq üçün süni intellekt sistemindən istifadə edilir.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən 40 stansiya və kommersiya obyektində tətbiq edilən sistem təhlükəsizlik kameraları vasitəsilə insanların davranışlarını izləyir və riskli vəziyyətləri əvvəlcədən müəyyən etməyə çalışır. Süni intellekt platforma kənarında dayanmaq və ya təhlükəli hərəkətlər kimi əlamətləri aşkar etdikdə dərhal təhlükəsizlik əməkdaşlarına xəbərdarlıq göndərir. Bəzi hallarda isə birbaşa səsgücləndirici ilə məlumat verilir.
Sistem tətbiq olunduqdan sonra ən azı iki nəfərin həyatını xilas etməyə kömək edib. Sistem, həmçinin zorakılıq, xəstəlik və hərəkətsizlik kimi halları da müəyyən edə bilir. Hazırda texnologiya Tokio və Kanagava bölgələrində stansiya və ticarət obyektlərində istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [12:45]
Fransada iqtisadi artım azalıb, iqtisadiyyat naziri həyəcan təbili çalır
- 01.06.2026 [12:36]
Çin xaricə investisiya qoyuluşunu tənzimləyən yeni qayda tətbiq edəcək
- 01.06.2026 [12:35]
NATO Trampın qəzəbindən qorxuya düşüb
- 01.06.2026 [12:29]
Türkiyə iqtisadiyyatında cari ilin I rübündə 2,5 faiz artım qeydə alınıb
- 01.06.2026 [12:25]
Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib
- 01.06.2026 [12:08]
“Politico”: Fransada seçkiqabağı mübarizə Brüsselin kabusuna çevrilir
- 01.06.2026 [12:04]
Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“ASAN Viza” - 10 il
- [11:01]
NBA-da finalçılar müəyyənləşib
- [10:32]