Dubay aeroportları birdəfəlik plastik qabların istifadəsindən imtina edirlər
Dubay, 11 iyun, AZƏRTAC
Dubayın “DubaiAirports” şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər.
AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, Dubay beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri bu təşəbbüsü dəstəkləyərək, ətraf mühitin qorunması naminə plastik qablardan imtinaya razılaşıblar.
Qeyd edək ki, birdəfəlik plastik qablara ərzaq və istehlak məhsulları üçün polietilen paketlər, qida üçün nəzərdə tutulan qablaşdırmalar, butulkalar, fincanlar, çubuqlar, konteynerlər və masa dəstləri aid edilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [19:00]
Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib
- 06.07.2026 [18:52]
Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq
- 06.07.2026 [18:51]
Media: Kanada Almaniyadan sualtı qayıqlar almağı planlaşdırır
- 06.07.2026 [18:33]
ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq
- 06.07.2026 [17:52]
Yunanıstanda iqtisadi bərabərsizlik dərinləşməkdədir
- 06.07.2026 [17:51]
Mişustin ilə Paşinyan arasında Yekaterinburqda görüş keçirilib
- 06.07.2026 [17:30]
Qazaxıstanda Astana adını daşıyan 26 nəfər var
- 06.07.2026 [17:17]