Energetik içkilər və siqaretlər üçün aksiz vergisinin dərəcələri müəyyənləşdirilib
Bakı, 14 fevral, AZƏRTAC
Cari il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) əlavə edilməklə aşağıdakı aksiz vergisi dərəcələri müəyyənləşdirilib: alkoqollu energetik içkilər - hər litrinə 2 manat; alkoqolsuz energetik içkilər -litrinə 3 manat; elektron siqaretlər üçün maye -litrinə 20 manat; avtobuslar üzrə - mühərrik həcminə uyğun olaraq 2 manatdan 10 manatadək (istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 min kilometrdən artıq olduqda, 1,5 əmsal tətbiq edilməklə).
Həmçinin, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 12 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək 1000 ədədinə 20 manat və siqarlar üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 10 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək, bir ədədinə 1 manat olaraq müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]