İDMAN


Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər

Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər

Bakı, 28 mart, AZƏRTAC

Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər. Bu barədə qurumun rəhbəri Stefano Domenikali məlumat verib.

AZƏRTAC xəbər verir ki, S.Domenikalinin fikrincə, trasın üzərində manevrlər etmək sürət həvəskarlarına heç nə qazandırmır. Bildirib ki, mümkün qədər sərbəst yürüşlərin sayını azaltmaq lazımdır. Bu, sadəcə müxtəlif komandaların mühəndislərinin marağına xidmət edə bilər, bundan teletamaşaçılar heç nə qazanmır. Biz bu qaydanı dəyişmək üçün səylə çalışırıq. Pilot trasa çıxırsa, mübarizə aparmalıdır, ambisiyasız hərəkət etməyin mənası yoxdur. Amma bu qərarı qəbul etməzdən əvvəl Beynəlxalq Avtomobil Federasiyası ilə də məsləhətləşməliyik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.