İDMAN


Gənc cüdoçular arasında Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Mərkəzində start götürən gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın birinci günündə qızlar və oğlanlar arasında 5 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub.

Yarışda 44 kiloqram çəki dərəcəsində qızlar arasında keçirilən yarışda Bahar Əliyeva birinci yeri tutub. Oğlanların yarışında isə Hüseyn Allahyarov (60 kq), Sübhan Əsgərov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Orxan Paşayev (100 kq) Bakı birinciliyinin qalibi olublar.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır. Bakı birinciliyinə yanvarın 29-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.