Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2
Bakı, 13 sentyabr, AZƏRTAC
"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yekununda mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə turnirin qalibinə - Azərbaycan təmsilçisi "Elit" polo klubuna kubok və qızıl medallar təqdim olunub. İsveçrənin "Sankt Moritz" klubu gümüş, Böyük Britaniyanın "Red star" klubu isə bürünc medallarla təltif edilib.
Xatırladaq ki, finalda "Elit" "Sankt Moritz" klubunu 5-3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Bürünc medal uğrunda görüşdə isə "Red star" Rusiyanın "Moskva" komandasına 9-5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikasının Atçılıq Federasiyası və "Sea Breeze"dir.
18:33
"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə "Elit" polo klubu İsveçrənin "Sankt Moritz" klubu ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibinə 6-4 hesabı ilə qalib gələrək, "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub.
Xatırladaq ki, yarımfinalda "Elit" Böyük Britaniyanın "Red star" klubunu 9-7 hesabı ilə məğlub edərək, finala yüksəlmişdi. "Sankt Moritz" isə finala çıxmaq yolunda Rusiyanın "Moskva" kollektivinə 6-4 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bürünc medal uğrunda görüşdə Böyük Britaniyanın "Red star" klubu Rusiyanın "Moskva" komandasına 9-5 hesabı ilə qalib gələrək, turnirin bürünc medalını qazanıb.
Turnirin yekununda mükafatlandırma mərasimi keçiriləcək.
17:12
"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində bürünc medal uğrunda oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, bu qarşılaşmada Böyük Britaniyanın "Red star" klubu Rusiyanın "Moskva" komandası ilə üz-üzə gəlib. Britaniya təmsilçisi rəqibinə 9-5 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb.
Beləliklə, "Red star" klubu "Sea Breeze 2026" beynəlxalq turnirini 3-cü yerdə başa vurub.
Qeyd edək ki, bu gün həlledici görüşdə Azərbaycanın "Elit" komandası və İsveçrənin "Sankt Moritz" klubu üz-üzə gələcək.