REGİONLAR


Göyçayda şəhidlərin xatirəsinə həsr edilən futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Göyçay, 26 iyun, AZƏRTAC

Göyçayda Azərbaycanın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə həsr edilən futbol üzrə rayon birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də start götürən və 12 gün davam edən turnirdə rayonun təşkilat və bələdiyyələrinin 18 komandası iştirak edib. Yarışlara ümumilikdə 252 nəfər gənc qatılıb. İki qrupda keçirilən 72 görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub. Finalda “Azorganik” və “Qızılağac” kənd komandaları qarşılaşıblar. Final oyunu “Qızılağac” kənd komandasının penaltilər seriyasında qələbəsi ilə başa çatıb.

Turnirə Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının kütləvi futbol departamentinin müdiri, veteran futbolçu Fərrux İsmayılovun, minifutbol üzrə milli komandamızın üzvü, Avropa çempionu Davud Kəriminin və Göyçay rayon rəsmilərinin iştirakı ilə yekun vurulub. Çıxış edən deputat M.Əfəndiyev bu gün gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən böyük işlərdən bəhs edib. Qeyd edib ki, müstəqillik dövründə yetişən Azərbaycan gəncliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsini Qələbə ilə başa çatdırdı. Böyük Zəfərdə canlarını fəda edən şəhidlərimizin xatirəsi hər kəs üçün əzizdir, doğmadır. Çıxış edənlər ölkə rəhbərinin idmana, xüsusilə regionlarda bədən tərbiyə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, həyata keçirilən layihələrdən danışıblar.

Sonda qalib komandalar mükafatlandırılıb. Qeyd edək ki, 1-ci yerin qalibi “Qızılağac”, 2-ci yerin qalibi “Azorganik” və 3-cü yerin qalibi isə “Qarabaqqal” komandaları olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.