İDMAN


Güllə atıcımız Ruslan Lunyov Avropa kubokunun dördüncü mərhələsinin qalibi olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Danimarkanın Orxus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda yığma komandanın üzvü Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında birinci yeri tutub. Təmsilçimiz bu nəticəyə 580 xal toplamaqla nail olub.

Qeyd edək ki, Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa çempionatında əldə edib. İdmançımız İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla çıxış edərək 587 xalla birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.