İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"ı böyük hesabla məğlub edib
Bakı, 29 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 29-da İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Enfild" stadionunda oynanılıb. Turnir cədvəlinin hazırkı lideri "Liverpul" doğma meydanda "Arsenal" komandasını qəbul edib. Görüş "merssisayd"lıların böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1.
Qarşılaşmada hesabı qonaqlar Maitland-Nilesin sahəsində açsa da, ardıcıl beş qol vuran "Liverpul" qələbəyə sevinən tərəf olub. Yurgen Klopun yetirmələrinin heyətində Roberto Firmino (3), Məhəmməd Salah və Sadio Mane fərqləniblər.
Turun gözlənilməz hesabı isə Londondakı "Uembli" stadionunda qeydə alınıb. Meydan sahibi "Tottenhem" doğma azarkeşlər önündə "Volverhampton" klubuna məğlub olub (1:3).
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Brayton” - “Everton” - 1:0;
“Fulhem” - “Haddersfild” - 1:0;
“Lester Siti” - “Kardiff Siti” - 0:1;
“Votford” - “Nyukasl” - 0:1;
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:11]
Karlo Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq
- 13.02.2026 [11:41]
Qazaxıstanın “Astana” klubu Bakıda təlim-məşq toplanışı keçəcək
- 13.02.2026 [10:54]
UEFA ötən mövsüm AFFA-ya 11 milyon avrodan çox vəsait ayırıb
- 13.02.2026 [10:35]
NBA: Lider öz meydanında uduzub
- 12.02.2026 [22:30]
Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]