DÜNYA


İstanbulda İŞID üzvü olmaqda şübhəli bilinən 30 əcnəbi saxlanılıb

İstanbul, 17 iyun, AZƏRTAC 

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulun 7 rayonunda eyni vaxtda 12 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində İŞID terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 30 xarici vətəndaş həbs edilib.

AZƏRTAC ölkənin aparıcı KİV-lərinə istinadla xəbər verir ki, axtarış aparılan ünvanlardan İŞID-ə məxsus ədəbiyyat və terrorçuluqda istifadəsi nəzərdə tutulan xeyli ləvazimat aşkarlanıb. Bildirilir ki, həbs olunan şəxslər Suriyadakı münaqişə bölgələrinə getməyə hazırlaşırdılar.

Qeyd edək ki, iyunun 14-də təhlükəsizlik qüvvələrinin İstanbulda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 İŞID üzvü şübhəli şəxs qismində saxlanılmışdı.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.