Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Milli Aviasiya Akademiyası: təhsilin, elm və istehsalatın vəhdət təşkil etdiyi unikal məkan VİDEO

Bakı, 28 yanvar, AZƏRTAC

Milli Aviasiya Akademiyası ilə yaxından tanış olmayan şəxsdə elə təsəvvür yarana bilər ki, bu ali təhsil ocağı yalnız milli aviasiyamız üçün personalın hazırlanması ilə məşğuldur. Lakin akademiyanın nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) ilə tanışlıq bu fikri yaxşı mənada alt-üst edir. Burada təhsillə elm bir məkanda üzvi surətdə birləşərək vəhdət yaradır. Üstəlik, akademiyada, eyni zamanda, istehsalat sahəsinin olması və orada elmi kəşflərin reallığa çevrilməsi bu ali təhsil ocağının təhsil, elm və istehsalın vahid mərkəzi olmasından xəbər verir.

Yığcam bir kollektivin - 70 alim və mütəxəssisin çalışdığı institutda mülki aviasiyasının aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyini təmin edən hava və yerüstü vasitələrin, sistemlərin yaradılması və tətbiqi ilə yanaşı, nəqliyyat, müdafiə sənayesi, ekologiya, kənd təsərrüfatı, səhiyyə və digər sahələrə aid müasir texnologiyalar əsasında elmi axtarışlar həyata keçirilir.

Bizi bu elm ocağı ilə tanış edən Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru, akademik Bahadur Tağıyev bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyindəki nitqində bir çox aktual məsələlərə toxundu. Xüsusən müəssisə rəhbərlərinə, nazirlərə müraciət etdi ki, elmlə əlaqəni gücləndirsinlər. Harada elmi nəticələr tətbiq etmək mümkündürsə, onunla maraqlansınlar. “Prezidentin bu fikri ürəyimizdən xəbər verdi. Biz bu istiqamətdə işlər görürük. İstənilən elmi müəssisənin rəhbəri alimlərinin elmi işlərinin tətbiqində maraqlı olmalıdır. Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev institutun fəaliyyətinə istənilən köməyi edir, alimləri axtarışlara həvəsləndirir, onlara yeni ideyalar verir”, - deyə müsahibimiz vurğuladı.

Müxtəlif nazirliklərin sifarişi ilə institutda hazırlanmış elektron qurğular “Sərgi otağı” adlanan xüsusi guşədə nümayiş etdirilir. İnstitutun alimləri ilə elə bu məkanda görüşdük. Yeni texnika və texnologiyanın işlənməsi şöbəsinin rəhbəri Aydın Musayev bizə işıqforların idarəetmə qurğusunu göstərərək məlumat verdi ki, bu qurğu Dövlət Yol Polisinin sifarişi ilə onların tələblərinə uyğun layihələndirilib. İndiyədək 600 ədəd belə qurğu istehsal edilərək Bakıda və respublikanın müxtəlif rayonlarında quraşdırılıb. Daha 100 ədədinə də sifariş verilib. İnstitutun mütəxəssisləri çalışıblar ki, işıqforu idarə edən bu qurğu xaricdə, o cümlədən Rusiyada istehsal edilən qurğudan daha ucuz başa gəlsin. Qurğu üzərində bəzi təkmilləşdirmələr də aparılıb və gələcəkdə onun məsafədən idarə edilməsi üzərində işləniləcək.

İşıqforun vaxtının geriyəsayma qurğusu isə Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma İstehsalat Birliyinin sifarişi ilə layihələşdirilib. Hazırda bu qurğunun istehsalı Radioquraşdırma Zavodunda aparılır.

Elmi-tədqiqat institutu Nəqliyyat Nazirliyi ilə də əməkdaşlıq edir. Nazirliyin sifarişi ilə avtobuslarda dayanacaqların adlarının səsləndirilməsi qurğusu hazırlanıb. Bu proses sürücüdən asılı olmayaraq baş verir. Qurğunun yaddaş kartına dayanacaqların koordinatları və adları yazılır, GPS antenası vasitəsilə avtobusun koordinatları müəyyənləşdirilir və dayanacağın adı avtomatik olaraq elan edilir. Bu qurğudan 500 ədəd sifariş olunub və onların 200 ədədi hazırlanıb, qalanı isə istehsaldadır.

İnstitutda layihələndirilmiş və artıq 100-dən çox kənddə quraşdırılmış sutəmizləyici qurğular üçün elektron idarəetmə sistemi barədə danışan A.Musayev deyib: “Məqsədimiz operatora ehtiyacı olmayan, avtomatik idarə edilən bir qurğu hazırlamaq idi. Onun tərkibinə 21 ədəd verici və 13 ədəd icraedici sistem daxildir. Biz bu qurğunu məsafədən də müşahidə edə bilirik. Bütün proseslər avtomatlaşdırılıb. Kranların idarə olunması avtomatik aparılır və monitorda bu barədə məlumatlar verilir”.

SOCAR-ın sifarişi ilə quyunun debitinə uyğun nasosun hasilat qabiliyyətinin artırıb azaldılması üçün idarəetmə qurğusu da bu şöbənin alimləri tərəfindən hazırlanıb. Həmin qurğu da məsafədən idarə oluna bilir.

Aviasiya mikroelektron vericiləri şöbəsi əsasən mikroelektrik vericilər ilə işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişinə əsasən şöbədə avtomatik avtonom meteostansiya işlənib hazırlanıb və istehsal edilib. Bu stansiyaların əsas məqsədi insan amili olmadan ətraf mühitə dair bütün informasiyanın – atmosfer təzyiqi, küləyin sürəti və istiqaməti, yağıntının miqdarı, temperatur və rütubətin ölçülməsi və məsafəyə ötürülməsini təyin etməkdir. “GPRS kanalı vasitəsilə bu stansiyaları ölkənin istənilən yerində quraşdıraraq informasiyanın bilavasitə Bakıya ötürülməsini təmin edirik. Hazırda bizim bir neçə qurğumuz Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Tufandağda, həmçinin neft platformalarında qurulub”, - deyə şöbəsinin rəhbəri Rəfail İbrahimov bildirib.

Şöbədə Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirilən layihəyə uyğun olaraq xüsusi texnikanın hazırlanmasında istifadə edilən qurğuların testləşdirilməsi, yoxlanılması üçün nəzarət ölçü qurğuları da hazırlanır. Artıq bir neçə belə qurğu hazırlanıb və təhvil verilib.

Aviasiya elektronikasi şöbəsində isə yanacağın sərfini ölçən elektron sayğac hazırlanıb. “Maqnit asqı üsulu ilə yanacağın həcm və kütlə sərfinin olçülməsi ilk dəfə bizim tərəfimizdən aparılıb və bu qurğu yanacaq sərfini olduqca yüksək dəqiqliklə ölçməyə imkan verir. Hava limanı ərazisində min tonlarla yanacaq işlədilir. Əgər 1 faiz xəta olarsa, bu 10 ton yanacaq itkisi deməkdir. Bizim qurğu bu xətaları 0,2 faizə qədər azaltmağa imkan verdiyindən itkilər əhəmiyyətli dərəcədə aradan qaldırılır”, - deyə şöbənin rəhbəri Rasim Nəbiyev bildirib.

Qeyd edək ki, bu qurğu mikrokontroller bazasında qurulub və insan faktoru olmadan işləyə bilir. İnstitutun yaratdığı qurğuların hamısı intellektual sistemlərdir. Yəni özü haqda məlumat verir, işləyir və lazim olan məlumatı mərkəzə distansion ötürmək qabiliyyətinə malikdir.

Naxçıvan Aeroportunda radiotexniki obyektlərin məsafədən mühafizəsi üçün tətbiq olunan mühafizə sistemi də Aviasiya elekrtonikası şöbəsinin alim və mütəxəssislərinin əməyinin məhsuludur. Bu qurğu Heydər Əliyev Beynəlxalq Aeroportunda meteoroloji radiolokatorun distansion mühafizəsi üçün də tətbiq olunur. Qurğu 1-ci və 2-ci perimetr mühafizə xəttinə nüfuz edən hər hansi kənar şəxs və ya digər obyekt haqqında məlumat verməyə qadirdir. O, 1-ci perimetr mühafizə xəttinə yaxınlaşan obyektin varlığını qeyd edir, təsvirini verir, arxivləşdirir, səs və işıq həyəcan siqnalı işə düşür. Əgər kənar şəxs ikinci səddi keçərsə, artıq sistem təcili tədbirlərin görülməsinin vacibliyi haqqında məlumat çatdırır. Əgər obyekt 30 kilometr məsafədə yerləşirsə, uzaqdan idarə olunan sistem vasitəsilə ona nəzarət etmək mümkündür. Bu, universal sistemdir və təkcə aeroport ərazisində yox, istənilən digər yerdə uzaqda olan obyektin mühafizəsini təşkil etməyə imkan verir.

Şöbədə hazırlanan digər qurğu faydalı iş əmsalı yüksək, gərginliyi olduqca yüksək sürətlə tənzimləyən qurğudur. O, xüsusi obyektlər, həmçinin aeroport ərazisində radiolokatorların qidalanması üçün nəzərdə tutulur.Gərginliyin ani dəyişməsi ekranda göstərilir. Üç fazalı bu stabilizatorlardan (ÜGS-15) biri Naxçıvan Aeroportunda, Azəraeronaviqasiya müəssisəsində, bir fazalı 20 ədəd stabilizatordan (ÜGS-02) Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadə olunur.

Son iki ildə yaradılmış digər qurğu İKA-02 adlı induksiya kabelaxtaran cihazıdır. Bu cihaz şəbəkə traslarında kabel xətlərinin qopma və qısaqapanma yerlərinin 0,5 metr dəqiqliklə aşkarlanmasına, xəritədə qeyd olunmasına və sonradan elektron xəritə üzrə həmin nöqtəyə çıxılmasına imkan verir. Bu qurğunun birinci versiyası İKA-01 on ildən çoxdur ki, Heydər Əliyev Beynəlxalq Aeroportda uğurla tətbiq edilir.

Diqqətimizi cəlb edən qurğulardan biri də multikopter oldu. İnstitut bu multikopterləri SOCAR-ın ayırdığı qrant hesabına hazırlayır.

Şöbə rəhbərinin şərhi: Biz SOCAR üçün aerofotoçəkilişlərin aparılması işlərini təmin edəcəyik.  Aerofotoçəkilişlər təyyarədən aparılan zaman yüksək sürət çəkilişin keyfiyyətinə mənfi təsir göstərir. Helikopterdə isə həddindən çox vibrasiya yaranır. Bu aparatın köməyi ilə mütəxəssis yerdə ekranı izləməklə çəkiliş apara bilər. Olduqca ucuz və keyfiyyətli nəticə alınır. Bu sahədə işlər davam etdirilir. Gələcəkdə bu qurğuların Azərbaycan ordusunda da tətbiq olunması istiqamətində iş aparılır.

“Aviasiya elektronikası şöbəsi rektorumuz, akademik Arif Paşayevin uzaqgörənliklə müəyyən etdiyi elm-istehsalat prinsipi əsasında fəaliyyət göstərir. Hazırda müdafiə sənayesinə xidmət edən qurğular üzərində işləyirik. Şöbənin alim və mütəxəssisləri tərəfindən hazırlanan cihazlara 16 patent alınıb”, - deyə Rasim Nəbiyev bildirib.

Elmi tədqiqat institutunun nəzdində fəaliyyət göstərən konstruktor bürosu 2005-ci ildə yaradılıb. Burada iki şöbə - biofiziki cihazlar və konstruktor şöbələri fəaliyyət göstərir. Görülmüş işlər haqda biofiziki cihazlar şöbəsinin müdiri Ənvər İsayev məlumat verir: “Konstruktor bürosunda aviasiya, tibb, kənd təsərrüfatı və digər sahələr üzrə cihazların yaradılması və ekoloji təmiz texnologiyaların işlənməsi üzrə elmi işlər yerinə yetirilir və tətbiq olunur. Ozon qazı atmosfer havasının tərkibindəki oksigendən yüksək elektrik gərginliyi impulsları ilə sintez edilir. Əsas fəaliyyətimiz uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun görülməsidir. Belə ki, yaratdığımız ozonlaşdırma sistemləri ilə aviasiyada yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əhəmiyyətli nəticələrə nail olmuşuq. Mühitdə olan “quş qripi”, “donuz qripi” və digər virusların qarşısında aciz olan adi dezinfeksiya vasitələrindən fərqli olaraq bizim təklif etdiyimiz ozonlaşdırma texnologiyası onları tam məhv edir.

Aeronaviqasiyada uçuşları idarəetmə mərkəzinin aviadispetçerlərinin məsuliyyətli və gərgin iş rejimlərində uzunmüddətli yüksək əhval-ruhiyyəsinin təmin edilməsi məqsədilə onların iş otaqlarında ekoloji təmiz sağlam mühit yaratmaq üçün cihazlar yaradılıb və istifadə edilir. Bu sahədə işlər Tibb Universiteti ilə birgə aparılır.

Alim bildirib ki, ozonlaşdırma texnologiyasının beynəlxalq aviasiyada genişmiqyaslı tətbiq edilməsi haqda təklifləri ICAO tərəfindən bəyənilib və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verilib. Bu istiqamətdə işlər uçuşların təhlükəsizliyi, tibb və insan sağlamlığı haqda ÜST və ICAO-nun tələblərinə uyğun davam etdirilir. Belə ki, Milli Aviasiya Akademiyası ilə "Boeing" şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında birgə texnologiyalar “Boeing” təyyarələrində sınaqdan keçiriləcək. Eyni zamanda Rusiya ilə də bu sahədə əməkdaşlıq edilir.

Toxumların səpinqabağı stimullaşdırılması ilə məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, anbarlarda ekoloji təmiz və itkisiz saxlanması məqsədilə müvafiq ozonlaşdırma sistemləri yaradılaraq AMEA Genetik Ehtiyatlar İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi və Əkinçilik İnstitutu ilə birgə kənd təsərrüfatında son bir neçə ildir ki, istifadə olunur. Belə ki, taxılçılıqda intensiv ozonlaşdırma texnologiyasının tətbiqi nəticəsində adi becərmə ilə müqayisədə orta hesabla 20 faiz çox ekoloji təmiz məhsul əldə edilib. Ötən il - kənd təsərrüfatı ili çərçivəsində təşkil olunmuş “Qəbələ tarla günləri” sərgi-əkinlərində ozonlaşdırma texnologiyalarının üstünlükləri nümayiş etdirilib və dünya praktikasında olduğu kimi, bu texnologiyanın respublikada genişmiqyaslı yayılmasının vacibliyi, daxili imkanlar hesabına ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, iqtisadi səmərəliliyi, ekoloji təmizliyi qeyd edilib. Nazirlər Kabinetinin ozonlaşdırma texnologiyalarının genişmiqyaslı tətbiqi haqqında müvafiq göstərişinə uyğun hazırda İqtisadiyyat Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir.

“Azərsun” şirkətlər qrupu ilə müqavilə əsasında görülən işlərdən biri qara çayın emalının əsas mərhələsi olan fermentləşdirmə üçün texnologiyanın işlənib hazırlanmasıdır. Əgər ənənəvi texnologiya ilə proses 3 saat çəkirdisə, indi həmin müddət 45-50 dəqiqəyə endirilib. Eyni zamanda, faydalı maddələrin parçalanmasının qarşısı alınmaqla, keyfiyyət yüksəlib, avtomatlaşdırılmış istehsalın təşkili üçün şərait yaranıb. Beynəlxalq səviyyədə patentləşdirilmiş bu texnologiyanın Hindistan, Çin, Gürcüstanda qeydiyyatı davam edir. “Azərsun”un İmişli şəkər zavodunda və İmişli yem kombinatında da birgə işlər həyata keçirilir. Artıq şəkər çuğunduru toxumlarının stimullaşdırılması ilə məhsuldarlığın, keyfiyyətin və şəkərlilik faizinin yüksəldilməsi üzrə müsbət nəticələr əldə olunub. Zeytunun acılığının çıxarılması üçün institutda hazırlanmış ekoloji təmiz elektrik üsulu da yüksək səmərə verir və keyfiyyətə müsbət təsir göstərir.

Hazırda konstruktor bürosunda SOCAR-ın sifarişi əsasında qazliftin avtomatik idarə olunması sistemi layihəsi yerinə yetirilir.

Alimlərin elmi axtarışları nəticəsi olan ixtiralara institutun təcrübə-istehsalat sahəsində həyat verilir. Bizi elm ocağının bölmələri ilə tanış edən institutun direktor müavini Yaşar Bağırovun sözlərinə görə, bütün elmi işlərin nəticələri montaj sexində yekunlaşır, cihazlar burada hazırlanır.

Biz istehsalat sahəsində olarkən su qurğusunun idarəetmə bloku yığılırdı. Burada, həmçinin işıqforun idarəetmə qurğusu, dəmir yolu üçün diod üzərində işıqlandırma sistemi, meteostansiyanın və digər qurğuların bütün hissələri yığılır. Dəmir hissələr sexdə, mexaniki hissələr isə burada hazırlanır.

İnstitutla tanışlığımızın növbəti ünvanı mobil tipli sutəmizləyici qurğuların hazırlandığı sex oldu. “Retro” İnşaat-Sənaye Şirkətinin icraçı mühəndisi Əbdürrəhim İbrahimov məlumat verdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə istehsal olunan sutəmizləyici qurğular indiyədək 16 rayonun 101 kəndində quraşdırılıb. Həyata keçirilməkdə olan növbəti layihə isə daha 54 kəndi əhatə edəcək. Beləliklə, 18 rayonun 155 kəndi ekoloji təmiz su ilə təchiz olunacaq. Hazırda “Retro” MMC tərəfindən 35 kənddə borular çəkilir, tikinti-quraşdırma işləri aparılır.

Əvvəllər belə qurğular Koreya, İsrail və Türkiyədən gətirilirdi. İki il bundan əvvəl isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Aviasiya Akademiyası bu qurğuları layihələndirdi. Onlara

hazırda Azərbaycanın 400 kəndində ehtiyac var.

İnstitutun direktoru, akademik Bahadur Tağıyev gələcək planlardan söhbət açaraq dedi: “Ölkənin müdafiə qüdrətini yüksəltmək üçün Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyik. Perspektiv işlərə gəldikdə isə vacib istiqamət kimi müxtəlif təyinatlı pilotsuz uçan aparatların və onların naviqasiya sistemlərinin işlənməsini göstərmək olar. İkinci istiqamət kimi hərbi sənaye təyinatlı qurğuların və sistemlərin (qatılaşdırılmış enerjili sistemin təhlili üçün məlumat ölçü sisteminin yaradılması, başlanğıc sürəti ölçən qurğunun təkmilləşdirilməsi) yaradılması olacaq.

Digər ənənəvi istiqamət isə müxtəlif aviasiya təyinatlı elektron qurğuların, aviasiya təhlükəsizlik sistemlərinin, induksiya kabelaxtaranının və digər qurğuların işlənməsidir”.

Təhsilin, elm və istehsalatın vəhdət təşkil etdiyi bu unikal məkanla tanışlıq Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqda dediyi bu fikri yada salır: “Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”. Yaşadığımız yeni texnologiyalar əsrində belə bir elm ocağının mövcudluğu əyani surətdə göstərir ki, Azərbaycanın elmi potensialı onu parlaq gələcəyə aparacaq. Milli Aviasiya Akademiyasının əldə etdiyi uğurlar dövlətimizin başçısının alimlərimizdən gözlədiyi nəticənin heç də uzaqda olmadığından xəbər verir.

Laçın Sultanova,

Nihad Budaqov

AZƏRTAC-ın müxbirləri

Milli Aviasiya Akademiyası: təhsilin, elm və istehsalatın vəhdət təşkil etdiyi unikal məkan VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalı al lalərlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir