ORDU
Müdafiə Nazirliyinin yutub kanalı şirkət tərəfindən “Gümüş mükafat”a layiq görülüb
Bakı, 3 iyul, AZƏRTAC
Müdafiə Nazirliyinin yutub kanalı şirkət tərəfindən “Gümüş mükafat”a layiq görülüb.
AZƏRTAC xəbər verir ki, yutub şirkəti tərəfindən təsis edilmiş “Gümüş mükafat” Müdafiə Nazirliyinin rəsmi yutub kanalını idarə edən heyətə təqdim olunub.
Yutubun simvolunu əks etdirən mükafat 100 min nəfərdən artıq abunəçisi olan şəxslərə, şirkətlərə, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilir. Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi yutub kanalı 2016-cı ilin iyunundan fəaliyyətə başlayıb. Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi yutub kanalına 2000-ə yaxın video yüklənib. Ötən müddət ərzində kanala yerləşdirilən videoların ümumi izlənmə sayı 43 milyon 500 mindən artıqdır. 2021-ci ilin iyul ayına olan məlumata əsasən kanalın abunəçi sayı 107 mindən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [15:51]
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO
- 20.05.2024 [12:54]
Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib
- 19.05.2024 [13:21]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 18.05.2024 [10:04]