Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvinin “Yeddi gözəl”indən seçmələr ilk dəfə slovak dilində nəşr olunub

Bakı, 29 aprel, AZƏRTAC

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tərcümə olunduğu dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək mütəfəkkir Nizaminin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr olsa da, hələ ki, slovak dilində şairin əsərləri geniş həcmdə oxuculara təqdim edilməmişdi.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib. Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın məşhur “İkar” nəşr evi tərəfindən buraxılmış bu kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər də daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. “Çesta laski” - “Sevgi yolu” adı altında işıq üzü görən kitab, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. Ön sözdə deyilir ki, bəşəriyyətin müstəsna övladlarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcək nəsillər üçün yaradıb. O özünün də, sözünün də uzun zamanlar boyu yaşayacağına inanır, ona görə də belə yazırdı:

100 il sonra sorsan bəs o hardadır,

Hər beyti söyləyər: “Burda, burdadır!”.

Nizaminin həyatda dönə-dönə sübut olunmuş bu ümidi və ehtimalı növbəti dəfə doğrulub. İndi onun ölməz və solmaz sözləri vəfatından 800 il sonra Slovakiyada bir daha təsdiqini tapıb. Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “Yeddi gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Azərbaycanlı olduğu qədər, həm də slovakların həmvətənidir. Çünki poeziya özü bir ayrıca Vətəndir. Özü də insanlığın tarix boyu arzuladığı bərabərlik, qardaşlıq, həmrəylik hələ ki, yalnız bu “ölkə”də - söz səltənətində bərqərardır.

Akademik Rafael Hüseynov bu qəbil tərcümə və nəşrlərin xüsusi əhəmiyyətini vurğulayaraq, Nizami poemasının tərcüməçisinin əməyini yüksək dəyərləndirərək yazır: “Öz xalqına Nizami ilə görüşün sevincini bağışlayan görkəmli slovak ədibi və tərcüməçisi Lubomir Feldek slovak dilində yazan qələm sahibləri arasında ən çox tərcümə olunan 10 yaradıcıdan biridir. Əlbəttə, 10 nəfərdən biri olmaq şərəflidir. Lakin tək və ən birinci olmaq, təbii ki, ikiqat şərəfli qismətdir. Slovakiyanın və Azərbaycanın ədəbiyyat tarixlərində tək və ən birinci olmaq haqqını Lubomir Feldek Nizami Gəncəvinin öz ana dilinə çevridiyi “Yeddi gözəl”i ilə qazanır”. Eyni zamanda, akademik Rafael Hüseynov bu uğurlu başlanğıcın davam etdirilməsini və Nizami Gəncəvinin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi istiqamətində səylərin davam etdirilməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün hikmətini hiss edən slovaklar ustad şairin duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmağı mütləq arzulayacaqlar. Ümid edirik ki, Lubomir Feldekin açdığı yolla yeni tərcüməçilər irəliləyəcək, Nizaminin 5 poemadan ibarət “Xəmsə”sindən “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”ni də gec-tez slovakların poeziya səltənətinə gətirəcəklər.

Nizaminin “Yeddi gözəl”inin slovak dilində nəşrinə Azərbaycan aliminin yazdığı müqəddimədə bu da qeyd edilir ki, tərcüməçi Lubomir Feldek “Xəmsə”dən yeni tərcümələr üzərində işini davam etdirir. Bildirilir ki, orta əsrlərdən XX yüzilliyə qədər həm Şərqdə, həm Qərbdə Nizami Gəncəvidən öyrənən, onun ədəbi yadigarlarından bəhrələnən çox şairlər olub. Bu sırada böyük ingilis şairi və dramaturqu Vilyam Şeksprin də adı var. Lubomir Feldek V.Şekspirdən də slovak dilinə uğurlu tərcümələrin müəllifidir və 16 gözəl tərcümə əsərinə görə o, 2018-ci ildə “The British Ambassador’s Award” mükafatına layiq görülüb. Kim bilir, bəlkə, Nizamidən edəcəyi yeni tərcümələr slovak poeziyası və nəsrinin patriarxlarından olan Lubomir Feldekə Bakıdan azərbaycanlı dahinin ən yaxşı tədqiqatçıları, tərcüməçiləri və təbliğçilərinə verilən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı da gətirəcəkdir?!

Akademik Rafael Hüseynov Nizami Gəncəvinin “Mən bunu söylədim, getdim, hekayət qaldı” misrasını iqtibas gətirərək “İlyas bin Yusif Nizami Gəncəvi. Sevgi yolu” kitabına ön sözünü belə yekunlaşdırır: “Onun yaratdığı hekayətlər sadəcə bir abidə kimi qalmayıb, həm də yaşayır, nəfəs alır, ürəyi döyünür, yeni-yeni pərəstişkarlar qazanır və yaşadıqca da onları söyləyib getmiş Nizamini geri qaytarır, yeni zamanlar içində yaşadır. Bu əbədi missiyanı yerinə yetirmək üçün Nizami hekayətləri indi Slovakiyaya gəlib, Nizamini burada da yaşatmaq və sevdirmək üçün gəlib!”

Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının may ayının sonlarında Bratislavada geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir