Prezident İlham Əliyev: Azərbaycanda investisiya mühiti çox müsbətdir
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Lakin planlarımız daha genişdir.
“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [10:21]
Bakıda Atatürkün abidəsi ziyarət olunub
- 28.10.2026 [18:50]
Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [23:27]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [21:51]
BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb
- 28.10.2026 [21:38]
Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
- 28.10.2026 [21:19]
Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
- 28.10.2026 [21:11]
"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
- 28.10.2026 [20:56]
Bu saata olan əsas xəbərlər
- 28.10.2026 [20:00]
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
- 28.10.2026 [19:54]