RƏSMİ XRONİKA


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər VİDEO

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram hissi ilə yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin