“Qarabağ” klubu Araz Abdullayevi transfer edib
Bakı, 31 avqust, AZƏRTAC
“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə - avqustun 31-də növbəti transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.
İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.
Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Moldovanın “Şerif” klubu üzərində 3:0 hesabı ilə qələbə qazanaraq iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəlib.
“Qarabağ” Avroliqanın qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [20:11]
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
- 19.09.2026 [19:46]
“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib
- 19.09.2026 [10:46]
Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub
- 19.09.2026 [02:44]
Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub
- 19.09.2026 [02:08]
Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]