İDMAN


Qurban Qurbanov və Ayxan Abbasov məşqçilər reytinqdə üç pillə irəliləyiblər

Bakı, 17 iyun, AZƏRTAC

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan klublarını çalışdıran iki məşqçi də yer alır. Həmyerlilərimizdən ən yaxşı nəticə Ağdamın “Qarabağ” və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdur. Qırx altı yaşlı mütəxəssisin hesabında 1169 xal var. Q.Qurbanov reytinq siyahısında 458-ci yerdə qərarlaşıb. Qurbanov son siyahı ilə müqayisədə üç pillə irəliləyib. Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. Gənc mütəxəssis aktivinə 217 xal yazdırıb. Ayxan Abbasov da Qurban Qurbanov kimi mövqeyini yaxşılaşdıra bilib. İki rəqibini qabaqlayan təmsilçimiz 894-cü yerə qalxıb.

Reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”la yollarını ayıran fransalı mütəxəssisin aktivində 16378 xal var. “Barcelona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidir. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauço tamamlayır. O, 14679 xala malikdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.