MƏDƏNİYYƏT


Rusiyanın şimal paytaxtında “Nizaminin sözünü hiss et” sərgisi açılıb

Sankt-Peterburq, 24 oktyabr, AZƏRTAC

Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının (RMK) yeni binasında, Azərbaycanın Baş Konsulluğunun dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş “Nizaminin sözünü hiss et” sərgisinin təntənəli açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgini Rusiya Milli Kitabxanasının Baş direktoru Vladimir Qronski açıb. Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Sankt -Peterburqdakı Baş konsulu Sultan Qasımov, diplomatlar, şəhərin elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xalq mahnıları və Nizami Gəncəvinin sözlərinə yazılmış muğam və musiqili kompozisiyaları təqdim olunub.

Sərgi ziyarətçilərinin diqqətinə Nizaminin əsərləri orijinal dildə və dünyanın müxtəlif dillərinə tərcümələrdə təqdim olunub. Ekspozisiya illüstrativ material və məişət əşyaları ilə tamamlanıb.

Sərgi noyabrın 21-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.