Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verib
İstanbul, 31 mart, AZƏRTAC
Türkiyədə keçirilən bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində davam edir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan martın 31-də günorta saatlarında İstanbulun Üsküdar rayonunda Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində səs veriblər.
Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”.
Türkiyə Prezidenti Malatya vilayətindəki seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən silahlı münaqişə ilə bağlı bildirib: “Pütürgedəki hadisələr bizi narahat etdi. Belə bir hadisə baş verməməli idi”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:08]
SEPAH İsraili Livandan geri çəkilməyə çağırıb
- 04.06.2026 [14:37]
Yeni Zelandiyanın 4 deputatına Çinə giriş qadağan edilib
- 04.06.2026 [14:04]
NASA astronavtları Türkiyədə təlim keçiblər
- 04.06.2026 [13:50]